Saat:20:24
Haqqımızda

“Qapanmalara gedilə bilər” - Deputatdan AÇIQLAMA

2022-09-07 15:34:00

“Qapanmalara gedilə bilər” - Deputatdan AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxma sayı getdikcə artır.

Ötən gün COVID-19 infeksiyasına 492 yeni yoluxma faktı qeydə alınıb, 556 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov isə yoluxmaların daha da arta biləcəyi barədə xəbərdarlıq edib.

"Bütün hava-damcı infeksiyalarında payız-qış aylarında eyni qanunauyğunluqla epidemik alovlanmalar müşahidə olunur. Bu hal çox güman Azərbaycanda oktyabr-dekabr aylarında müşahidə ediləcək”, - deyə o bildirib.

Maraqlıdır ki, alovlanmalar olacağı təqdirdə, yenidən qapanmalara gedilə bilərmi?

Hurriyyet.az-ın məlumatın görə, cebhe.info-ya açıqlamasında Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyeva bildirib ki, qarşıdakı aylarda yoluxmaların artması istisna edilmir:

"Bilirsiniz ki, son zamanlar koronavirusa yoluxanların sayında artım müşahidə olunur. İndi də payız fəslidir, artıq havalar soyuyur, qarşıdan da qış fəsli gəlir. Aydın məsələdir ki, payız fəslində və qış aylarında respirator xəstəliklərin artma ehtimalı da var.

Koronavirusa yoluxanların sayında da artım gözləniləndir. İstisna olunmur ki, qarşıdakı aylarda bu rəqəm yüksəlsin. Düzdür, respublikamızda bu gün dövlətimizin, dövlət başçımızın gördüyü qabaqlayıcı tədbirlər sayəsində vəziyyət stabildir. Sabah hansısa artım qeydə alınarsa, xəstəxanaların vəziyyəti, müvafiq olaraq, xəstələrin ora yerləşdirilməsi üçün hər bir şərait var. Operativ Qərargah da yay aylarında vəziyyətin stabil olduğunu nəzərə alaraq, bir sıra yumşaltmalara getdi və bir çox qadağalar aradan qaldırıldı. Bu gün isə vəziyyət stabildir".

Onun sözlərinə görə, yoluxmaların sayı yenidən artsa, qapanmalar gözlənilə bilər:

"Səhiyyə Nazirliyi oktyabr və noyabr aylarında koronavirusa yoluxmalarda alovlanmaların olacağını bildirirsə, bu, bir siqnaldır. Yoluxmaların sayı yenidən artsa, qapanmalar gözlənilə bilər.

Yəni, yoluxma artsa, qapanmalar istisna edilmir. Amma bizim yeganə yolumuz, bu günə qədər də respublikada vəziyyətin stabil olmasının əsas səbəblərindən biri də peyvəndləmənin olması idi. İnsanlarımız da “buster doza”nı da vurdurmuşdu. Əlbəttə, peyvənd vurulması o demək deyil ki, insanlar koronavirusa yoluxmayacaq. Amma yoluxduqda belə, bunu çox yüngül formada keçirə biləcəklər.

Əvvəlki dönəmlərdə hər birimiz bunun şahidi də olduq ki, ölənlərin əksəriyyəti peyvənd vurdurmayan insanlar idi. Ona görə yenə də peyvəndlənmə davam edir və bu, mütləqdir. İnsanlar Operativ Qərargahın verdiyi tövsiyələrə riayət etməlidirlər. Hər hansı bir xəstəliyi olan insanlar maska taxılması məcburi olmasa belə, könüllü surətdə ondan istifadə etməlidirlər. Gigiyenik qaydalara riayət etməklə, peyvənd vurdurmaqla gələn təhlükənin qarşısını ala bilərik".

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR