Saat:07:25
Haqqımızda

"Qanunsuz yerə əlilliyi kəsilən insanlara qarşı haqsızlıqlara son qoyun!" - QARABAĞ QAZİSİNDƏN SAHİL BABAYEVƏ MÜRACİƏT / VİDEO, FOTO

2024-04-26 12:14:12

Saray qəsəbəsinin sakini Məmmədsalahov Ülfət Hümmət oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət edir:
"Hörmətli nazir!
Mən, Məmmədsalahov Ülfət Hümmət oğlu, yazaraq sizdən xahiş edirəm ki, mənim problemimlə bağlı obyektiv araşdırma aparılması üçün tapşırıq verəsiniz.

Bildirim ki, 1991-1994-cü illərdə yaralanmışam. 2003-cü ildən 2021-ci ilə qədər əlillik statusum olub. 2021-ci ilin 2 dekabr tarixində isə qeyri-müəyyən bir səbəblə əlilliyim ləğv edilib. 2022-2024 cü illərdə dəfələrlə müraciət etmişəm, amma şikayətimə yetərli cavab ala bilməmişəm. Hər dəfə imtina cavabı göndərilir. 
Hörmətli Sahil Babyev!
Mənim bildiyimə görə, əlillik dərəcəsi sağala bilməyən xəstələrə verilir. Əgər bu belədirsə, bəs əlil adam necə normal insan ola bilər? Sizdən ilk növbədə xahiş edirəm ki, özümə və qanunsuz yerə əlilliyi kəsilən digər insanlara qarşı haqsızlıqlara son qoyun.

Mən belə başa düşürəm ki, bunun kimi oyunlardan sizin xəbəriniz yoxdur. Müraciətimlə birlikdə sizi səhhətimlə tanış edim:
13.4.12. hər iki aşağı ətrafın baldır səviyyəsində amputasiyası, protezləşmədən sonra 70-80 müddətsiz;
13.4.13. hər iki aşağı ətrafın baldır səviyyəsində amputasiyası, bir ətrafın funksional əlverişsiz vəziyyəti;
13.4.14. hər iki aşağı ətrafın baldır səviyyəsində amputasiyası, ikitərəfli protezləşməyə əlverişsiz vəziyyətdə;
13.4.15. pəncənin Piroqova görə birtərəfli amputasiyası; 
13.4.16. pəncənin Şopar oynağı səviyyəsində güdülü;
13.4.17. pəncənin Şopar oynağı səviyyəsində güdülü;
13.4.18. pəncənin Şopar oynağı səviyyəsində güdülü: bir pəncənin-qeyri-düzgün vəziyyəti;
13.4.19. pəncənin Şopar oynağı səviyyəsində güdülü: ikitərəfli pəncənin qeyri-düzgün vəziyyəti;
13.4.20. pəncənin Lisfrank oynağı səviyyəsində güdülü və ya Şopar oynağı səviyyəsində
ayaq daraq sümükləri güdülü;
13.4.21. Lisfranka görə güdül və ya Şopara görə ayaq daraq sümükləri güdülü: birtərəfli
pəncənin qeyri-düzgün vəziyyəti;
13.4.22. Lisfranka görə güdül və ya Şopara görə ayaq daraq sümükləri güdülü;
13.4.23. hər iki bud-çanaq oynağının ankilozu;
13.4.24. bud-çanaq oynaqlarının hərəkətinin orta dərəcə məhdudlaşması;
13.4.25. bud-çanaq oynaqlarının hərəkətinin təzahür edən məhdudlaşması;
13.4.26. bud-çanaq oynaqlarının hərəkətinin təzahür edən məhdudlaşması;
13.4.27. budun displaziyası (yarımçıxıq), tam immobilizasiya müddətinə 101 il;
13.4.28. budun displaziyası (yarımçıxıq), tam immobilizasiya müddətinin başa çatmasından
sonra müalicəsinin sonuna qədər 50 il;
13.4.29. bud-çanaq oynağının rezeksiyası, mülayim pozuntular 40-50 il;
13.4.30. bud-çanaq oynağının (hər iki) rezeksiyası, təzahür edən pozuntular 80 il;
13.4.31. ayağın 4-7 sm qısalması: müddətsiz;
13.4.32. ayağın 7 sm-dən çox qısalması: müddətsiz;
13.4.33. bud sümüyünün psevdoartrozu, mülayim pozuntularla 40 il;
13.4.34. bud sümüyünün psevdoartrozu, təzahür edən pozuntularla 60 il;
13.4.35. hər iki diz oynağının funksional əlverişli vəziyyətdə ankilozu (10-15 dərəcə bükülmə) müddətsiz.
Mən sizdən və vicdanlı həkimlərdən soruşuram: Bu halda mənə əlillik düşür, ya düşmür? İnsanların bu qədər əsəblərini pozmaq olmaz. Bəzilərinizin 3-5 manatı olmasa da olar, amma bizlər o 3-5 manatla iynə-dərman alırıq, ailəmizi dolandırırıq.
Mənim kimi səhhətində problem olan yaxınınız var? Varsa, harada işləyir? Bilmək istəyirəm, mənim kimi xəstələrə iş var? Və yaxud səhhətləri necə imkan verir işləmələrinə?
Müharibə iştirakçısı kimi bir daha sizlərdən xahiş edirəm, əlinizi vicdanınıza qoyun, baxın görün kimlərin əlilliyini kəsirsiz. 
Bəlkə mənim bu müraciətim də görməzdən gəlinəcək, amma gec-tez haqq-ədalət öz yerini tapacaq. 
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.145041