Qanunsuz ev tikənlərin NƏZƏRİNƏ: Yoxlamalar başladı

2022-08-27 12:23:00

Qanunsuz ev tikənlərin NƏZƏRİNƏ: Yoxlamalar başladı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ölkə ərazisində torpaqlardan qanunvericiliyə zidd istifadə halları ilə bağlı monitorinqlər və torpaq reydləri keçirilir.

Bu barədə “Report”a Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Monitorinqlərin məqsədi torpaqların təyinatından kənar və əsassız istifadə edilməsi, özbaşına zəbt olunması və qanunsuz tikintilərin aparılması hallarını müəyyən etməkdir.

Bu ilin yanvar-iyun ayları ərzində torpaq müfəttişləri tərəfindən torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı ölkə ərazisində monitorinqlər keçirilib, 10 328 hal üzrə qanun pozuntuları aşkar edilib və bu barədə aidiyyəti orqanlara məktub ünvanlanıb. Aşkar edilən qanun pozuntuları ilə bağlı 1 221 inzibati protokol tərtib edilib. Bu ilin ilk altı ayı ərzində aparılan monitorinqlərin nəticəsinə görə, ən çox torpaq qanunvericiliyinin tələblərinin pozulması halları Bakı şəhərində, Abşeron, Şəmkir, Bərdə, Beyləqan rayonlarında olub.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059486