Saat:06:16
Haqqımızda

"Qanunlarımızı qəbul edən Qarabağdakı ermənilərə hüquqi yardım göstərməyə hazırıq" - RƏSMİ

2022-07-01 14:29:00

"Qarabağ bölgəsində yaşayan, Azərbaycanın qanunlarını qəbul edən, erməni əsilli istənilən Azərbaycan vətəndaşlarımıza hüquqi yardım göstərməyə hər zaman hazırıq". 

Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov deyib.

O, həmçinin Ermənistan tərəfinin destruktiv mövqe nümayiş etdirməsindən təəssüfləndiyini vurğulayıb: 

"Ermənilər Azərbaycan Konstitusiyasına uyğun vətəndaşlığı qəbul edərlərsə, qanunverici və digər orqanlarda təmsilçilikləri onların hüquqlarıdır. Yerli idarəetmə orqanlarında da fəaliyyət göstərmələrinə heç bir problem olmayacaq.  

Yəni, onların bütün hüquqları təmin ediləcək. Prezident İlham Əliyev bunu dəfələrlə ən yüksək səviyyədə səsləndirib". 

Report.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR