Saat:03:17
Haqqımızda

Qanını torpaqla qarışdırıb Vətən edən şəhidlərimiz: Onlar bizə nələri qazandırdılar? - AÇIQLAMA

2021-09-27 10:16:00

Qanını torpaqla qarışdırıb Vətən edən şəhidlərimiz: Onlar bizə nələri qazandırdılar? - AÇIQLAMA

Əziz Şəhidlərimiz! Bilin ki, məhz Siz məğlub adı daşıyan Azərbaycan xalqına Qalib adı qazandırdınız! Siz, Qarabağdakı məğlubiyyətindən ruhdan düşmüş bir xalqa ruh verdiniz!”

Hurriyyet.az xəbər verir ki, bu fikirləri tanınmış vəkil Aslan İsmayılov Vətən müharibəsinin ildönümü ilə bağlı açıqlamasında səsləndirib. O daha sonra şanlı qələbənin və  bu qələbənin əldə olunmasında canını fəda edən şəhidlərimizin Azərbaycan xalqına qazandırdığı misilsiz xidmətləri sadalayıb:

Siz, düşmən tapdağı altında inildəyən torpaqlarımızı sahibinə qaytardınız!

Siz, doğmalarının qəbirlərinə həsrət qalanları düşmən tapdağı altındakı torpaqda uyuyan, əzizlərinin səsini gözləyənləri bir birinə qovuşdurdunuz!

Siz, Azərbaycan Ordusunun qüdrətini dünyaya tanıtdırdınız!

Siz, xarabalığa çevrilmiş torpaqlarımızın yenidən abadlaşmasına yol açdınız!

Siz hər bir erməni görəndə xəcalətindən yer axtaran azərbaycanlının başını dik qaldırdınız!

Siz, Qarabağın işğalında həlak olmuş minlərlə qəhrəmanımızın qisasını aldınız!

Siz, bundan sonra böyüyəcək balalarımıza özünə güvən hissi verdiniz!

Bu rayonların başçıları vətən xainləri kimi həbs edilməlidirlər" - Aslan İsmayılov » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Tanınmış vəkil əlavə edib ki, sadalamadığı çox şeyi də cavan, həyatın nemətlərini dadmamış, arzularınıa çatmamış şəhidlərimiz Vətən və bizlər naminə ediblər: “Əlbəttə bütün bunlara görə ruhunuz şaddır. Biz – sağ qalanlar da sizinlə qürur duyuruq. Bəs biz Sizin borcunuzu qaytardıqmı? Bilirəm ki, bu mümkün deyil. Birincisi, Sizin etdiklərinizin əvəzini heç nə ilə ödəmək olmaz. İkincisi, balalarını itirmiş ana-ataların, doğmalarını itirmiş bacı – qardaşların, gənc yaşlarından tək qalmış xanımların itkisini də heç nə ilə əvəz etmək olmaz. 64 yaşını haqlamış, artıq ölümün yaxınlıqda olduğunu duyan bir Azərbaycanlı kişisi kimi deyirəm ki, mən bacardığımı etmək istəmişəm, çox şey də etmişəm. Bunu kiminsə bilməsini istəməmişəm. Bununla belə, hər dəfə qısa zamanda saçı ağarmış ana-bacıları, həyat yoldaşlarını, beli bükülmüş ataları, gözü yaşlı balaları görəndə, bala itkisinə dözməyib dünyasını dəyişən şəhid valideyni haqqında xəbər eşidəndə peşmançılıq hissi keçirirəm. Bilirəm ki, sizin etdiklərinizin müqabilində mənim gördüyüm işlər dənizdə bir damladır və yenə nələrisə etmək lazımdır. Bu gün Sizin Anım gününüzdür. Hər birinizə Uca Allahdan rəhmət diləyirəm. Bu gün sağ olanlara, hər birimizə də Sizə borclu olduğumuzu ölənə qədər unutmamağı arzulayıram”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR