Saat:03:31
Haqqımızda

Qalstanyan Paşinyana istefaya getmək üçün bir saat vaxt verdi

2024-05-09 23:07:35

Qalstanyan Paşinyana istefaya getmək üçün bir saat vaxt verdi

 

Arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın Baş naziri Nikol Paşinyana istefaya getmək üçün bir saat vaxt verib.
Hurriyyet.Az News.am-a istinadla xəbər verir ki, o, bunu Respublika meydanında keçirilən mitinqdə elan edib.
“Nikol Paşinyan, istefanı təqdim etmək üçün sənin bir saatın var. Mən 1 saat ərzində görüşməyə və istefa şərtlərini müzakirə etməyə hazıram”, – Qalstanyan bildirib.
Xatırladaq ki, hazırda Ermənistanın paytaxtı İrəvanda, Respublika meydanında “Vətən naminə Tavuş” hərəkatının iştirakçıları sərhədlərin delimitasiyasına, həmçinin iki ölkə arasında dörd kəndin Azərbaycana qaytarılmasını nəzərdə tutan razılaşmaya etiraz əlaməti olaraq mitinq keçirirlər. \\Yeniavaz.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.162856