Saat:04:46
Haqqımızda

Qalmaqallı direktorun məktəbi rəhbərsiz qalıb

2025-05-20 00:14:11

Qalmaqallı direktorun məktəbi rəhbərsiz qalıb

Bakıda yerləşən məktəblərdən birində direktor vəzifəsi artıq bir ildən çoxdur ki, vakantdır.

Hurriyyet.Az-ın məlumatına görə, E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin direktor vəzifəsini Ağayev Emil Şamil oğlu müvəqqəti icra edir.

Bu barədə məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov təsdiqləyib.

O bildirib ki, internat məktəbində 2024-cü ilin aprel ayından etibarən E. Ağayev tərəfindən təlim-tərbiyə prosesi normal şəkildə davam etdirilir.

Məktəbə niyə yeni direktorun təyin olunmadığı barədə isə hər hansı məlumat verilməyib.

Qeyd edək ki, 6 nömrəli məktəbin direktor vəzifəsini 2023-cü ilədək Yaqut Müseyibli icra edib.

Xatırladaq ki, yayılan səs yazısında "Son zəng" üçün pul yığılmasını tələb edən Y. Müseyibli bir neçə gün əvvəl 207 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilib.

Sevinc İbrahimzadə / Metbuat.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.168815