Qalibaf hədə-qorxu gəlir ya çaşqınlığa qərq olub...

2023-01-10 15:26:00

Qalibaf hədə-qorxu gəlir ya çaşqınlığa qərq olub...

Demək olar ki, 44 günlük müharibənin ardından Zəngəzur dəhlizinin gündəmi zəbt etməsinin ardınca Tehran respublikasının rəsmilərinin, "Biz sərhəddə heç bir geosiyasi dəyişikliyi qəbul etmirik" kimi sayıqlamaları və hədə-qorxuları onların devizinə çevrilib. Allahın hər günü Tehran rejimi tərəfindən bostanımıza atılan "içiboş daşlar"ın sayı bəlli deyil. Bildiyimiz kimi, Türkiyənin Antalya şəhərində keçirilən Asiya Parlament Assambleyasının 13-cü Plenar Sessiyası çərçivəsində Azərbaycan, Türkiyə və İran parlament sədrlərinin üçtərəfli görüşü olub.
Türkiyədə səfərdə olan İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bazar ertəsi Asiya Parlament Assambleyasının iclası çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə İran və Azərbaycan arasında müxtəlif siyasi, iqtisadi və parlament sahələrində əlaqələrin əhəmiyyətinə toxunaraq deyib: “Qonşu ölkə kimi Azərbaycanın İran İslam Respublikası üçün xüsusi əhəmiyyəti var və ikitərəfli əlaqələrlə yanaşı, parlamentlərarası münasibətlər də əlaqələrdə ciddi rol oynaya bilər”. Onun sözlərinə görə, bu gün iki ölkə münasibətlərin inkişafına və dərinləşməsinə can atır və əminəm ki, iki ölkənin rəsmiləri əlaqələri dərindən inkişaf etdirmək istəyirlər.
“Regional və qlobal səhnədə bir-birimizlə yaxşı münasibətlərimiz ola bilər və region ölkələri nə qədər bir-birinə yaxın olsalar, bölgə üçün bir o qədər yaxşıdır və regiondankənar ölkələrin bu sahəyə müdaxiləsinə imkan verilməməlidir”, deyə Qalibaf əlavə edib.
İran parlamentinin sədri habelə qeyd edib: “Bizim Azərbaycan Respublikası ilə əlaqələrin inkişafı ilə bağlı aydın mövqeyimiz var və biz Azərbaycanla ticarət və tranzit mübadiləsini inkişaf etdirməyə hazırıq”.
İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Asiya Parlament Assambleyasının Türkiyədə keçirilən iclası çərçivəsində İran, Azərbaycan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşünə toxunaraq bildirib: “Bu görüş çərçivəsində Azərbaycan və Türkiyə parlamentlərinin spikerləri ilə ikitərəfli və üçtərəfli görüşlərimiz oldu. Üçtərəfli görüşdə 3 ölkə arasında yük və enerji daşımaları və tranzitlə bağlı məsələlər müzakirə olundu”.
Azərbaycan parlamentinin sədri ilə görüşünə işarə edən Qalibaf deyib: “Son vaxtlar Azərbaycanla bəzi anlaşılmazlıqlar yaranmışdı ki, bu problemlər həll olundu və qərara alındı ki, mən gələcəkdə Bakıya səfər edim. Habelə bu görüşlərin davam etdirilməsi də qərara alındı”.
Onun sözlərinə görə, Şimal-Cənub və Şərq-Qərb tranzit marşrutları ilə bağlı müzakirələr aparılıb və qərara alınıb ki, xarici işlər və müdafiə nazirləri və dövlət başçıları səviyyəsində üçtərəfli görüşlər keçirilsin və nəqliyyat, tranzit və ticarətlə bağlı məsələlər də gündəmə gətirilsin.
İlk öncə onu deyək ki, 44 günlük müharibənin geridə qoyduğu 30 il ərzində Azərbaycanın İran üçün hansı səviyyədə xüsusi əhəmiyyətinin şahidi olmuşuq və bu "əhəmiyyətin" İranın işğalçı Ermənistanı torpaqları işğal olunmuş Azərbaycana qarşı yumşaq desək "yanlış" mövqe tutmağa mane olmadığını da görmüşük. İkincisi, Qalibafın "regional və qlobal sahədə bir-birimizlə yaxşı münasibətlərimiz ola bilər və region ölkələri nə qədər bir-birinə yaxın olsalar, bölgə üçün bir o qədər yaxşıdır və regiondankənar ölkələrin bu sahəyə müdaxiləsinə imkan verilməməlidir” ifadəsi altında nəyə eyham vurduğunu da yaxşı bilirik. Onu nəzərinə çatdırırıq ki, Azərbaycan heç kimin vassalı deyil və öz maraqları istiqamətində istədiyi dövlətlə "istər regiondaxili olsun, istər regiondankənar" münasibətlər qurur və quracaq. Əlbəttə burada çılpaq gözlə görünür ki, Qalibaf İsrailə eyham vurur, amma nahaq yerə. Bir daha deyək ki, Azərbaycan Ermənistan kimi vassal deyil, öz müstəqil siyasətini beynəlxalq səviyyədə yürüdür.

Üçüncüsü, Azərbaycanın qonşuları ilə ədalətli, dürüst və mərdi-mərdanə şəkildə münasibətləri inkişaf etdirməsinə rəğmən İran tərəfdən "kürəkdən zərbə" alıb, almaqdadır. Odur ki, İran rəsmisinin ifadə etdiyi cümlələrin təfərrüatına varması, onları anlaması, səmimi olması yaxşı olardı. 

O ki, qaldı, "biz Azərbaycanla ticarət və tranzit mübadiləsini inkişaf etdirməyə hazırıq”ifadələrinə, prezident İlham Əliyev demişkən, Ermənistan istəsə də istəməsə də biz Zəngəzur dəhlizini açacağıq. Sizsə Qalibaf, sadəcə layihələrdən kənarda qalmamaq, burada rol almaq xətrinə yola gələcəksiniz. Yeri gəlmişkən, bu "istəsə də istəməsə də" ifadəsi İranı da daxil etməklə gücümüzün artmasını istəməyən digər dövlətlərə də aiddir. Odur ki, sətiraltı təhdidlərinizi yığışdırın, ağlınızı da başınıza yığın!
P.S. Bu bizim cavabımız olsun! Maraqlıdır, bu şəxsin sətiraltı "regiondankənar dövlətlər" atmacasına Sahibə Qafarova nə cavab verib?

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.154416