"Qalatasaray"dan Ronaldo açıqlaması: İstanbul klubuna gəlir?

2022-11-24 20:24:00

"Qalatasaray"ın prezidenti Dursun Özbek Kriştiano Ronaldonun transferi barədə açıqlama verib.

Hurriyyet.Az Türkiyə mediasına istinadən xəbər verir ki, klub rəsmisi portuqaliyalı ulduzun transferinin gündəmdə olmadığını bildirib.

"Hazırda məsələ ilə bağlı dostlarımızla da danışırdım. Ronaldo planlarımızda deyil", deyə prezident bildirib.

Qeyd edək ki, 37 yaşlı portuqaliyalı hücumçunun "Mançester Yunayted"lə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib və o, hazırda klubsuzdur. Həmçinin "Qalatasaray" azarkeşləri sosial şəbəkələrdə Ronaldonun komandaya gəlməsi üçün çağırışlar edirlər. \\Qaynarinfo


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.169448