“Qalatasaray” Mahir Emrelini istəyir
2022-01-28 10:49:00
Azərbaycan millisinin futbolçusu Mahir Emreli daha bir Türkiyə klubunun maraq dairəsinə düşüb.
Hurriyyet.az Apasport.az-a istinadən xəbər verir ki, “Qalatasaray” 25 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.
İstanbul klubu Polşa “Legiya”sı ilə problemi olan futbolçunun transferində maraqlıdır. “Qalatasaray” digər Türkiyə təmsilçiləri “Başakşəhər”lə “Sivasspor”un da heyətinə qatmaq istədiyi Mahiri azad agent kimi sıralarında görmək niyyətindədir.