"Qalatasaray" dünyaca məşhur oyunçu transfer edir
2023-11-10 19:20:08

“Qalatasaray” klubu “Tottenhem”in futbolçusunu transfer etmək niyyətindədir.
İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk orta xətt oyunçularının performansından razı olmadığı üçün yeni transfer istəyir. Qış fasiləsində “sarı-qırmızılılar” ingiltərə klubundan Rodriqo Bentankuru heyətinə qatmaq istəyir.
Qeyd edək ki, uruqvaylı oyunçu “Tottenhem”də çıxdığı 46 oyunda 6 qol vurub. \\Offsideplus.az
