“Qafqazda da müəyyən həmlələrimiz olacaq” - “Pelosi Qafqazdakı vəziyyəti dəyişəcək deyil”

2022-09-22 19:00:00

“Qafqazda da müəyyən həmlələrimiz olacaq” - “Pelosi Qafqazdakı vəziyyəti dəyişəcək deyil”

Ərdoğandan Paşinyan açıqlaması: “İlham Əliyev qardaşımla məsləhətləşib addım atacağıq”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan ABŞ-a səfəri çərçivəsində Nyu-Yorkdakı “Türk Evi”nə jurnalistlərlə görüş keçirib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistana səfəri zamanı həm Türkiyəni, həm də Azərbaycanı ittiham edən açıqlamalar veməsi və “Bu səfər Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda əldə olunan sabitliyə zərbə olacaqmı?” sualına Ərdoğan bu cür cavab verib:

“Pelosinin bu səfəri ilə durub Qafqazdakı vəziyyətə zəhbə vuracaq macalı və gücü yoxdur. Mən inanıram ki, o, bir çox yerləri də narahat edib. Heç çox şişirtməyə-filan da gərək yoxdur. İndi biz bəzi hazırlıqlar aparırıq. Buradan döndükdən sonra lazımi addımları da atarıq. Praqada Avropa Siyasi Cəmiyyətləri Sammiti keçiriləcək. Hazırda Praqadakı sammitdə iştirak edib-etməmək məsələsi üzərində düşünürük. Praqdakı sammitdə iştirak eləsək, Paşinyanın da oraya gəlmə ehtimalı var. Bəlkə orada onunla bu məsələləri ayrıca müzakirə edə bilərik. Lakin bu məsələlərlə bağlı Qafqazda bizim də bəzi həmlələrimiz olacaq. Onu da hələlik sadəcə planlaşdırma prosesindəyik. Möhtərəm İlham Əliyev qardaşımızla da məsləhətləşib, ona uyğun addımlarımızı atacağıq”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059930