Qafqaz üzrə iranlı ekspertdən hədyan dolu açıqlama: Əgər Azərbaycan Dağlıq Qarabağı ələ keçirsə, Nikol Paşinyan hakimiyyəti süqutu edəcək

2022-09-23 13:27:00

Qafqaz üzrə iranlı ekspertdən hədyan dolu açıqlama: Əgər Azərbaycan Dağlıq Qarabağı ələ keçirsə, Nikol Paşinyan hakimiyyəti süqutu edəcək

Qafqaz üzrə iranlı ekspert hədyan dolu açıqlama paylaşıb və ifadə edib ki, əgər Azərbaycan Dağlıq Qarabağı ələ keçirsə, Nikol Paşinyan hakimiyyəti dəqiq süquta uğrayacaq.

İran Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin baş eksperti və Qafqaz üzrə siyasi şərhçi Vəli Kaleci Qafqazda baş verən yeni hadisələrin təhlilinə həsr edilən mətbuat konfransında iddia edib: “Dağlıq Qarabağ bir çox ermənilər üçün qırmızı xətt sayılır və inanmıram ki, Ermənistanda hər hansı hökumət Qarabağın süqutuna müqavimət göstərə bilsin.
Ola bilsin ki, Rusiya desin ki, Dağlıq Qarabağ Ermənistandan kənardadır və mən müdaxilə etmirəm, bu o deməkdir ki, Moskva Ermənistanı yenidən ortada qoyacaq.
Rusiya, Azərbaycan və Türkiyə arasında böyük sövdələşmə olarsa, Ermənistan bir daha “qəyçilənəcək” və bu, onları çox narahat edir”.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.102740