Saat:23:52
Haqqımızda

Qafqaz, Balkan və Doğu Türküstan albanları

2021-07-13 11:33:00

Qafqaz, Balkan və Doğu Türküstan albanları

(Yazı ixtisarla təqdim edilir)

 

Yazar Ahsen Batur kazanlı Türk tarixçisi Mirfatih Zəkiyevin “Türklərin və Tatarların Tarixi” kitabının tanıtımında demişdi: “İllərdir Batılı tarixçilərin və özəlliklə Hind-Avropa teorisinə uyğun yazdıqları əsassız yozumlar beynimizə elə pərçimləndi ki, bunlara qarşı irəli sürülən tezləri eşitmək belə istəmədik. Batılı alimlər dillərini çözə bilmədikləri, tarixlərini dərinləməsinə incələmək istəmədikləri bütün doğu Avropa, Qafqaz və Orta Asiya xalqlarını İrani, Pers (və Latın, Grek-HÖ) və b. əsilli göstərərək işin içindən qolayca çıxmaqda, üstəlik qarşı görüşlərə belə təhəmmül etməməkdədirlər. Onların əsil dərdləri, qədim xalqların əslini və dilini Türkdən başqa hər yere bağlamaqdır”.

 

Gerçəkdən Türkiyə Tarixçiləri və bir çox Türk kökənli tarixçi də batılı və rus məsləkdaşlarının təsirində qalaraq, onların söylədiyindən kənara çıxa bilməmişdir. Son əsrdə Pelasgların, Etrüskların, İskitlərin, Kimmerlərin, Albanların türklüyündən Avropalı tarixçilər bəhs etdikdən sonra Türk Tarixçiləri də yazılarında bu yöndə fikirlər ifadə etməkdədirlər. Adilə Aydanın Türk tarixində etraflı bir şəkildə bilinən və qəbul edilən Hunlar barədə yazdığı bu cümlə bizlər üçün son dərəcə diqqətəlayiqdir: “Deguignes kimi dürüst Batılı tarixçilərin təsiri ilə Hunlar Türk tarixçiləri tərəfındən də Atalığa qəbul edildilər…”

Fahretdin Kırzıoğlunun Qafqaz Albanyasını anlatdığı kitabında: “Osmanlı İmparatorluğu çağında Türkiyənin, elmi anlamda bir “Akademiya”dan məhrum olması, bizə bir çox mühüm şeylər qeyb etdirdi. Bu üzdən, İslam və Osmanlı Xanədanı Tarixindən kənarda, qədim ve geniş Türk dünyasını tanıtacaq tədris və araşdırma yayınlarından yoxsun qaldıq; Avropa və Asiyadaki köklü və Osmanlı öncəsi Qeyri-müslim Türklər: Karaim Musəvilər; Qaramanlı və Gagauz Ortodokslar, Ana dilləri, ibadətləri Türkcə olan, qoç və at heykəlli qəbir daşları ilə bütün gələnəkləri Türk olmuş (Bəyaz) Xristianların bizdən qopmasına yol açacaqdır” sözləri, bir zamanlar İslam öncəsi Türk Tarixindən uzaq durmağımızı, düşməyimizi vurğulaması baxımından diqqətçəkicidir.

Qədim Albanların ilk yurdu bugünkü Azərbaycan ölkəsidir. Azərbaycanda yaşayan Alban qəbilələrindən bir qisminin, Qafqazın şimalından gələn qövmlərin basqınlarından sonra Balkanlara köçdüyü bilinir. Azərbaycana aid qaynaqlarda Albanların İskitlərlə bənzərliyi bu ifadələrlə anladılır: “Plutarx Albanları ən casur xalq kimi təsvir edir. Strabon Albanlar haqqında - güzəlliyi və boyunun ucalığı ilə fərqlənir - yazmışdısa, Dionisi Perieget - döyüşkən Albanlar, Yevstrafiya - Albanlar döyüşkən xalqdır, Rufi Fest - coşqun Albanlar - ifadələrini işlətmişdır”. Qafqazlı Alban Tayfalar birliyinin, məxsusən də Alpan türklərinin bir qismi döyüşkən, sərt alplar olmuşlar.

Başqa bir qaynaqda bu mövzu barədə aşağıdakı bilgilər verilib: M. ö IV və III yüzillərdə Azərbaycanı təşkil edən iki bölgədən, Arrania və Albaniadan bəhs edilir. Bir müddət Sasanilərin idarəsinə satraplıq olaraq qatılan bu ölkədə bir çox dillərdə danışan xalqlar yaşamışdır. Arnavutluk tarihini araşdırdığda, M.ö 1-ci yüzildə Makedonya ve Dalmaçya sahillərində Arnavutluk (Albania) dövlətinin qurulduğunu və Azərbaycan tarixində Makedoniyaya köçən Albanların da həmin dövlətin qurulması dövrünə uyğun gəlməsi təsadüfi ola bilməz. (Balkanlar El Kitabı. Cilt I. s. 2) Balkan Albaniası da quruluşunda 20-yə yaxın dilin və etnik topluluğun dövlətiydi, elə Qafqazlarda olduğu kimi. Yenə bəzi tarixçilərə görə Albanlar 1) İndo-Kafkas, 2) Çeçen-İnguş, 3) Sak, Saka (İskit) boylarından biridir. Son illərdə tarixçilərin çoxu 3-cü tezisi qəbul edirlər…

Albania isminə Strabonun “Coğrafiya” adlı kitabının 43-cü səhifəsində “Kaukasos (Kafkas) Dağlarının güneyində bir ölkə” olaraq rastlaşa bilərsiniz. 17 kitabdan ibarət “Geograpbika” adlı kitapların I, III, IV, VII, XI cildlərinin bəzi bölümlərində buralarda yaşayan İskitlərdən (massagetlər) də bəhs edilir… Azərbaycan tarixində Albanlardan “Strabonun məlumatına görə Albanlar xristianlıqdan öncə daha çox Aya sitayiş etmiş və İberiya sərhadində onların Ay məbədi olmuşdur. Strabonun məlumatına görə e.ə. IV-IlI əsrlərdə albanların bir hissəsi Midiya-Atropatena ərazisində də yaşayırdı” - deyə bəhs edilir.

Bəzi tarixçilər Albanların Qafqazdan ayrılmadığını iddia edirlər. Strabonun “Coğrafiya” adlı kitabının 107-ci səhifəsidə Trakyalılara ve Troyalılara aid bir çox ortaq isim vardır. Skaler deyilən Thraklarda Skaios çayı, Skailər suru kimi Troiada da Skailər qapısı vardır” - deyə bəhs etməkdədir. Burada Saka - iskit kəlməsinin bənzərliyi üzərində biraz durmaq gərəkdiyi qənaətindəyik. Çünki Qafqaz qövmləri içində Saka Türklərindən Skailer olaraq bəhs edilməkdədir. Traklar Troia (Truva) mədəniyətinin də qurucusudurlar. Truva savaşlarının baş¬ komandanının adı da Turku-dur. Truvada yaşayan qəbilələrdən birinin adının Turgiş olması da ilgincdir.

Azərbaycan Türklərindən olan prof. Firudin Ağasıoğlunun “Azər Xalqı” adlı əsərində: “…Etrüsklar Troyadan İtalyaya gəldiklərində bir çox türk dilli toponimləri - yer adlarını da özlərilə birgə gətirmişdir. Azərbaycanın qədim Alban bölgəsində gördüyümüz alban, rutul, sibar (subar) kimi etnonimlər və Alba Longa (Uzun Alba) ölkəsi, Albina, Tibr çayları, Artsakena boğazı, Kasper (Casperia), Qamer (Cameria), Armin, Sibaris, Tarku (Tarquni) kimi şəhər adı bildirən toponimlərdir. Bu sıraya Alpan, Turan (Afrodita), Tarxan, Tin (Zeus), Uni, Herle (Koroglu), Aplu (Apollon), tartar kimi teonim ve mifik adları da əlavə etmək gərəkdir”. Belədə demək olar ki, Qafqaz Albaniyası ilə Balkan Albaniyası arasındaki əlaqə Etrüsk, İskit (Saka) Türklərinin Orta Asiya, Qafqaz, Anadolu, İtalya və Balkanlara köçü ilə ortaya çıxmışdır. Bu və Türküstanla bağlı başqa məlumatlar Albanların sadəcə olaraq Qafqazlara aid olmadığını da göstərməkdədir.

Qədim Alban Türkləri Turani bir qövm olub, sağlam bədənli, güzel çöhrəli, mütənasib quruluşlu, şəxsi həyatlarında sadə və intizamlı; şəxsiyət və xarakter baxımından dürüst, süvari kimi ox atmaqda və qılınc çalmaqda mahir, çox hissəsi köçəbə və cins at yetişdirən, ilkin dini inanc yönündən Aya, Günə tapınan, Şamanist və Təktanrıçı idilər. Silahları yay, ox, zireh, mızraq və qılıncdan ibarət olub çadırlarının qapıları günçıxana doğru idi.

Qədim tarixdən bəri “Alban” kəlməsi tarixçi etnologlarla dilçi türkologlar arasında uzun müzakirə-mübahisə mövzusu olmuşdur. Obyektiv bir görüş və qənaətimizə görə “Albanya” kəlməsi ermənicə, latınca, yunanca və almanca ilə digər Qərb dillərində “Dağlıq” və “Ağlıq” mənasını ifadə edən “Alp” və “Albus” kökünden yaranması da qüvvətli ehtimaldır. Qədim coğrafiyaçı Potolamey, Xəzər sahilindəki bir “Albana” şəhəri ilə Qafqaz dağlarından çıxıb ta Xəzər dənizinə tökülən “Albanus” çayından bəhs etmişdir. Həmin “Albana” şəhərinin bu günkü “Dərbənd” şəhəri ola biləcəyi ehtimal edildiyi kimi, Quba qəzasınin “Alpan” kəndi də ola bilər. Buradakı “Albanüs” çayı indiki “Samur” çayıdırsa, “Albana” şəhərinin onun sağ ya sol tərəfində olması təxminini dəqiqləşdirməyə çalışmalıyıq... (Qədim dövrdə Samur-Albanus çayından şimala doğru Dərbənd yaxınlığında Alpan adlı şəhər (“Tarixi-Dərbəndnamə”), Dağıstanın Aqul bölgəsində Alpan kəndinin xarabalıqları, cənuba doğru isə Qusar bölgəsinin dağlıq ərazisində Alpan adlı kəndin xarabalıqları mövcud olmuş, günümüzədək Quba və Qusar rayon mərkəzləri arasında yerləşən Alpan kəndi Alban-Türk tariximizə şahidlik etməkdədir - C,Alpoğlu Albantürk)

 

Oğuz xanın babası Qara xan zamanında yaşamış olan bir Türk qəhramanın da adı ALBANdır . Həm də m. ö 650 illərində yaşamış olan ulu Xəzərin doğu və batısında hökmran olmuş Türk qəhrəmanı Tunga Alp Ər, qədim ALBANA şəhərində və ya yaxınlığında yaşamışdır. Bu uca Türk öndəri - Saka fatehi Midiya hökmdarı Keaksares tərəfindən m. ö təqribən 625 ildə məqlub edilmişdir. Hələ Azərbaycanın bir çox yerlərində “Alpan” ilə “Alpat” adlarının “Alpaut” şəklində yaşadılmaqda olduğu görülməkdədir. Orhun kitabələrində rast gəlinən “Appagu” kəlməsi isə “əsilzadə” və “ərazi bəyi” (mülkədar) mənalarını ifadə etmək üçün işlədilmişdir.

Bu gün Altaylı Türklər “Dev”, “Bahadır”, “Zorlu” və “Yiğit” qarşılığı olaraq “Alp” təbirini işlətməkdədir. Yakut Türkcəsində isə; “Alp” əfsanəvi bir qəhrəmanın adıdır. Yenə Yakut Türklərində “xoş”, “güzəl” və “lətif” mənasının qarşılığı olaraq hələ də “Alban” kəlməsi işlədilməkdədir. Qızıl Orda Türk dövlətinin vergi idarəçiliyində “Alban-Yasan” təbirlərinin işlədilmiş olması olduqca əhəmiyət daşımaqdadır. Yakut Türkləri ilə Sibirdəki diğər Türk boyları hələ “Alban” kəlməsini “ismi-has” (məxsusi ad) olaraq da işlətməkdədir. Həm də bu gün Doğu Türküstanda “Alban çıxarmaq” vergi toplamaq mənasında işlədildiyı kimi, Monqolstanın Uranhay vilayəti türkləri “Alban” kəlməsini doğrudan da “dövlət mükəlləfiyəti” və “dövlət vergisi” olaraq ifadə etməkdədirlər. Min ildən çoxdur ki bu ərazilərdə yaşayan və Azərbaycan kökənli sayılan türksoylu albanlara işarə edərək bir tərəfdən də “dövlətçilik” və “dövlət məmuriyyəti” məfhumunu anlatmış olmaqdadırlar…

Prof. Dr. Hilmi ÖZDEN,

Türk Dünyası Araşdırmaları Mərkəzinin qurucusu

 

Məqaləni Azərbaycan türkcəsinə uyğunlaşdırdı: C.Alpoğlu Albantürk

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR