Saat:21:07
Haqqımızda

Qadınlarda cinsi zəifliyin müalicəsi (18+)

2022-01-19 23:59:00

Qadınlarda cinsi zəifliyin müalicəsi (18+)

Kişilərdə cinsi zəifliyin səbəbləri və müalicəsi haqqında bir çox araşdırma və məqalələr mövcuddur. Zəif cinsin nümayəndələrində isə bu mövzü haqqında danışmaq bir qədər ayıb sayılır. Qadınlarda cinsi zəifliyin müalicəsi onlarda libidonun (cinsi istək) azalması zamanı lazım gəlir.

Qadınlarda cinsi zəiflik nədir?
“Libido” sözü latın dilindən tərcümədə ehtiras, şəhvət, istək deməkdir. Qadınlarda cinsi zəiflik əks cinsə qarşı istəyin, şəhvətin azalması və ya tamamən itməsi deməkdir.

Qadınlarda cinsi zəifliyin əlamətləri və müalicəsi
seksual istəyin mütəmadi azalması, hətta intim akt əsnasında da olmaması;
cinsi əlaqə zamanı şəhvətin yaranmaması;
romantik münasibətlərə tələbatın olmaması.
Qadınların bir çoxu onlarda libido zəifliyindən xəbərdar deyillər. Və əksəriyyəti intim yaxınlığı həyat yoldaşının boynuna düşən bir vəzifə kimi yerinə yetirirlər.

Qadınlarda cinsi zəifliyin 3 səbəbi    
fizioloji amillər və ya sağlamlıq problemləri;
psixo-emosional vəziyyət;
partnyorla münasibət.
Səbəbindən asılı olaraq istək zəifliyinin müalicə sxemi seçilir.

Qadınlarda cinsi zəifliyin əsasında duran fizioloji səbəblər və onun müalicəsi
hamiləlik, südvermə dövrü, doğuşdan sonrakı psixoz;
sidik yollarının infeksiyası, kandidoz;
vaginizm (uşaqlıq yolu əzələlərinin tutmaşəkilli yığılması səbəbindən intim yaxınlığın mümkünsüzlüyü);
klimaks dövrü, orqanizmdə yaşla bağlı dəyişikliklər;
ürək xəstəlikləri, anemiya, diabet, hipotireoz;
hormonal pozğunluqlar;
bəzi preparatların qəbulu. Hamiləlik əleyhinə vasitələr estrogen səviyyəsini azaldır. Bəzi hipertoniya (təzyiq) dərmanları və antidepressantlar libidonun azalmasına səbəb olur.

Qadınlarda psixoemosional mənşəli cinsi zəifliyin müalicəsi
Psixoloji problemlər bəzən fizioloji səbəblərdən də ciddi ola bilər. Statistikaya görə psixoloji problemlər fonunda cinsi zəiflikdən əziyyət çəkən qadınların sayı son bir neçə ildə 50-69% artıb. Bu amillər aşağıdakılardır:

“Libido” sözü latın dilindən tərcümədə ehtiras, şəhvət, istək deməkdir. Qadınlarda cinsi zəiflik əks cinsə qarşı istəyin, şəhvətin azalması və ya tamamən itməsi deməkdir.

daimi stress. İş və ailədaxili münasibətlərdə gərginlik qadının psixoloji, eləcə də emosional cəhətdən tükənməsinə səbəb olur;
öncəki intim əlaqənin ağrılı olması;
stress, gərginlik sonrası narahatlıq hissi;
qadının xarici görünüşündən razı olmaması, özünü bəyənməməsi.
Partnyorla münasibətlər
Uzun müddət evli qalan cütlüklər zamanla bir-birlərinə qarşı soyuyurlar. Aralarında yaranan mübahisələr, anlaşılmazlıq intim həyata da öz təsirini göstərir. Bundan əlavə cinsi zəiflik qatı dini-əxlaqi normalar əsasında tərbiyədən irəli gələ bilər.

Cinsi zəifliyin müalicəsi               
İlk öncə həkimə gedib, səbəbi üzə çıxarmaq lazımdır. Zəiflik fizioloji mənşəli olduqda, müalicə aparılmalı, psixoloji amillər aşkarlandıqda isə psixoterapiya və ya partnyorla birlikdə ailə terapiyası gərəkdir.

Qadınlarda cinsi zəifliyin müalicəsi – təbii vasitələr
Libidonu artırmaq üçün bəzi təbii üsullardan istifadə etmək olar:

cır Çin limonu, jenşen, aloe, kərəviz libidonu artırır. Onları dəmləmə və çay şəklində için.
təmiz aloe şirəsini bal qataraq qəbul edin. Bu vasitə həm qadınlar, həm də kişilərdə cinsi zəifliyin müalicəsində effektivdir.
gündəlik rasionda libidonu artıran ərzaqlara üstünlük verin. Balıq kürüsü, laminariya yosunu, çili bibəri, melissa, vanil, qoz bu məhsullardandır.
1 stəkan bala 200 qram ərik qurusu, qoz, qara gavalı qurusu əlavə edin. Bütün komponentləri yaxşıca qarışdırın. Sutkada 2 dəfə səhər yeməyindən əvvəl 1 xörək qaşığı həcmində yeyin.

Qadınlarda cinsi zəiflik üçün dərmanlar
Tadalafil – sialis və onun analoqları əsasında istehsal olunmuşdur. Preparatın kişilər və qadınlar üçün formaları vardır.

Laveron – libidonu yüksəldir. Qəbuldan 1 saat sonra təsiri üzə çıxır. Effekti 8 saat ərzində saxlanılır.

Provestra – təbii komponentlər əsasında hazırlanılan preparatdır. Bu dərman uşaqlıq yolundan axıntını artıra bilər. Onun əlavə mənfi təsiri və əks-göstərişləri yoxdur.

Xülasə

Qadınlarda cinsi zəifliyin müalicəsi üçün təbii vasitələrdən istifadə edə bilərsiniz. Lakin yadda saxlayın ki, libidonu artıran universal tablet yoxdur.

Oxu24.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR