Qadını avtobusdan atan sürücü barədə - DİN-dən açıqlama

2022-06-30 12:15:00

Qadını avtobusdan atan sürücü barədə - DİN-dən açıqlama

Sumqayıtda avtobusda yaşanan insidentə görə sürücü həbs edilməyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) şöbə rəisi Elşad Hacıyev məlumat yayıb. O bildirib ki, sürücünün həbs olunması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil:

"Sürücü saxlanılmayıb. Bu barədə məlumatlar əsassızdır. Müvafiq ekspertiza təyin edilib, araşdırmalar davam etdirilir. Araşdırma nəticələrindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Qeyd edək ki, hadisə bir neçə gün öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan şəhərdaxili avtobuslardan birində yaşanıb. Mübahisə zamanı qadın sərnişin sürücünü təhqir edib. Daha sonra əlindəki çanta ilə onun başına vurub. Bundan sonra sürücü qadını təpiklə itələyərək avtobusdan atıb. Hadisə zamanı qadın qapıdan yola yıxılıb.

İlkin məlumata görə, hadisə sərnişinin dayanacaqdan kənarda saxlama tələbinə görə baş verib. Qadın yüngül xəsarət alıb. Hazırda vəziyyəti yaxşıdır.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində təhqiqat araşdırmaları aparılır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056688