"Qadın güləşi Azərbaycanda çox inkişaf edib" - QIZIL MEDAL QAZANAN GÜLƏŞÇİMİZ

2022-08-24 11:23:00

Maraqla izlənən V İslam Həmrəyliyi Oyunlarında da bu, bir daha təsdiqini tapdı. İdmançılarımız V İslam Həmrəyliyi Oyunlarında onlara göstərilən etimadı doğruldaraq yarışlarda 99 medal qazanaraq 4-cü pillədə qərarlaşdı. Yarışlarda Azərbaycan idmançıları 29 qızıl, 36 gümüş və 34 bürünc əyarlı medallara sahib çıxdılar. İlk 3 sırada medal əyarına müvafiq olaraq Türkiyə, Özbəkistan və İran qərarlaşıb. Sonrakı yerləri Azərbaycan və Qazaxıstan tamamlayıb. 

Qadın güləşçimiz Jalə Əliyeva da ölkəmizə qızıl medal qazandıran idmançılarımızdandır. O Hurriyyet.az-a açıqlamasında müsahibəsində deyib ki, qadın güləşi Azərbaycanda çox inkişaf eləyib və hətta azyaşlı idmançılarımız belə  gözəl uğurlar əldə edirlər:

"Yarış çox yüksək səviyyədə keçdi. Qalib gələcəyimə çox inanırdım. Çünki, güclü təlim məşq toplanışlarımız oldu və məşqçilərimizin də qalib olacağımıza inamı böyük idi. Şükür olsun ki, vətənimizə qızıl medalı getirdim. Bu da onun  göstəricisidir ki, qadın güləşi Azərbaycanda çox inkişaf eləyib və hətta azyaşlı idmançılarımız belə  gözəl uğurlar əldə edirlər. Bunun üçün ölə başçımız cənab Prezident İlham Əliyevə dərin təşəkkürlərimi bildirirəm. İdmana ve idmançılara böyük qayğı və məhəbbət göstərir. Bu  da bizə böyük stimul verir. Çalışacam ki bundan sonra daha da çox əziyyət çəkib, Yay Olimpiya oyunlarına lisenziya qazanaraq ölkəmizi layiqincə təmsil edim".

Jalə FAMİLQIZI,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058085