Qadın etirazçılar örpəklərini ATƏŞƏ VERDİLƏR - VİDEO

2022-09-21 17:03:00

Qadın etirazçılar örpəklərini ATƏŞƏ VERDİLƏR - VİDEO

İranın Təbriz, Tehran, İsfahan, Şiraz, Kirman və digər böyük şəhərlərində insanlar “Təbriz ayaqda! Azadlıq, ədalət, milli hökumət!” şüarları səsləndirib hicaba qarşı etiraz aksiyaları keçirirlər.

Hurriyyet.az Lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda qadınlar etiraz əlaməti olaraq, çadra və hicablarını yandırırlar.

Bu videoda da qadınlar tonqalın ətrafında rəqs edib örpəklərini odun içinə atırlar. Video sosial şəbəkə istifadəçilərinin xeyli reaksiyasına səbəb olub..

Bundan başqa, son günlər "Twitter"də #Iranprotests2022 , #MashaAmini , #IranRevolution2022 kimi həştəqlər çox populyarlaşıb.

Xatırladaq ki, bir neçə gün öncə İranın “Əxlaq” polisi tərəfindən Məhsa Əmini adlı 22 yaşlı günahsız gənc qızın hicab bəhanəsi ilə vəhşicəsinə döyülərək qətlə yetirilməsinə qarşı bütün ölkə ərazisində əhali etiraz yürüşləri keçirir. Polis etirazçılara qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə edir. Hazırda bu səbəbdən ölkənin bir neçə şəhərində etirazlar davam edir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061843