“Qadın ətəyinin arxasında gizlənib ölkədən qaçmağa ehtiyac yoxdur”

2022-08-03 09:51:00

“Qadın ətəyinin arxasında gizlənib ölkədən qaçmağa ehtiyac yoxdur”

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov döyüş təcrübəsi olmayan və ya orduda xidmət etməyə yaramayan hərbi yaşında olan kişilərin xaricə getməsinə icazə verilməsi xahişi ilə bağlı ölkə Prezidenti Volodimir Zelenskiyə müraciətlərə münasibət bildirib.

Hurriyyet.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Danilov genişmiqyaslı müharibə zamanı ölkəni tərk etmək istəyən kişiləri tənqid edib:

“Alternativ ola bilər - zəhmət olmasa, gedin cəbhədə olan uşaqlara kömək edin. Ölkədə iş çoxdur. Qadın ətəyinin arxasında gizlənib ölkədən qaçmağa ehtiyac yoxdur. Kömək etmək lazımdır. Əlinə silah götürə bilmirsənsə, başqa yolla kömək et. Kömək etmək üçün fürsət tap. Müharibə zamanı kişilərin ölkədən qaçmağa başlaması ədalətsizlikdir. Mən bunu alqışlamıram”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059082