Qadağan edildi: “Dəri plaş geyinmək Kim Çenə meydan oxumaqdır”

2021-11-26 16:15:00

Qadağan edildi: “Dəri plaş geyinmək Kim Çenə meydan oxumaqdır”

Hurriyyet.az “Qazete Vatan” nəşrinə istinadən xəbər verir ki, Şimali Koreya dövlətinin başçısı Kim Çen bütün dünyan mat qoyacaq yeni bir qadağan göstərişi verib. Bu, onun ilk qəribə qadağanı deyil.

Kim Çen dövlət başçısı olduqdan üç il sonra, 2014-cü ildə oğlan tələbələrin saçlarının Ali Liderin saçları tərzində kəsdirmələri göstərişi verildi. O zaman Kimin saçlarının arxası qısa idi və təpədə yana ayrılırdı.

Daha üç il sonra, 2017-ci ildə şimali koreyalıların saçlarını Kim Çen tərzində kəsmələri qadağan edildi və onlara yalnız 15 növ icazə verilmiş saç düzümləri arasından seçmək hüququ verildi.

Şimali Koreyada bu səfər də dəri plaş geyinmək qadağan edilib.

Kim Çen ilk dəfə 2019-cu ildə, Donald Tramp ilə nüvə silahı ilə bağlı müakirələr üçün görüşdüyü zaman dəri plaş geydikdən sonra bu tərz plaşlar ölkədə populyarlaşmışdı. Ölkə liderinə bağlı olduqlarını göstərmək və onu almağa imkanı olan şəxslər əsl dəri plaşlar geyinməyə başlamışdılar.

Lakin son zamanlarda təqlidlər çoxaldı və Kimin görünüşünün ucuzlaşacağı və nüfuzunun azalacağı qorxusundan onları satan dükanları bağlamaq və insanların geyinməsinin qarşısını almaq üçün “moda polisi”nə təlimat verildi.

“Azad Asiya” (Free Asia) radiosuna müsahibə verən mənbə deyib: “Polis Ən Yüksək Şərəfə bənzədən geyimlər geyinməyin Ən Yüksək Şərəfin nüfuzuna meydan oxumaq olduğunu söyləyir. Xalqa dəri plaş geyinməmək göstərişi verdilər. Çünki dəri göndəkcələri kimin geyə biləcəyinə qərar vermək partiyanın təlimatının bir parçasıdır”.

 

Hürr Tərcüman