Saat:05:31
Haqqımızda

"Qadağalar turizmin inkişafı baxımından vacib bir dəyişiklikdir" - Deputat

2024-10-31 20:56:18

Azərbaycanda turizm və rekreasiya zonalarının ərazilərində qadağan edilən hallar təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev “Turizm haqqında” qanuna dəyişikliyi təsdiq edib. 

Bu qanun turizmin inkişafında hansı dəyişikliklərə səbəb olacaq?

Mövzu ilə bağlı Redaktor.Az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, burada məqsəd ətraf mühitin qorunması, eyni zamanda sağlam turizm xidmətlərinin təklif edilməsidir.

""Turizm haqqında" qanuna edilən dəyişiklikdə əsas məqsəd turizm zonalarında iri sənaye müəssisələrinin fəaliyyətinin qadağan edilməsi ilə əlaqədardır. Nəzərə alsaq ki, artıq Azərbaycanda turizm zonaları yaradılıb, eyni zamanda Şərqi Zəngəzurda beş turizm zonasının yaradılması nəzərdə tutulub və məqsəd təbii ki, ətraf mühitin qorunması, eyni zamanda sağlam turizm xidmətlərinin təklif edilməsinə nail olmaqdan ibarətdir. Əksər ölkələrdə turizm zonalarında bu tip iri sənaye müəssisələrinin fəaliyyətinə icazə verilmir. Çünki onlar ətraf mühiti çirkləndirir və eləcə də gəlmə turizmin inkişafını ləngidir".

Deputatın fikrincə, qadağalar turizmin inkişafı baxımından vacib bir dəyişiklikdir:

"Bu kontekstdə gözlənti çoxdur. Həm turizm zonalarının fəaliyyətinin genişləndirilməsinə daha çox turistin cəlb edilməsi, eyni zamanda turizm məhsullarının sayının artmasına və təbii ekoloji standartların həmin zonalarda tam olaraq gözlənilməsinə imkan verəcək. Təbii ki, turizmin inkişafı baxımından vacib bir dəyişiklikdir, həm də turizmin inkişafını stimullaşdıracaq, həm də ətraf mühitin qorunması ilə bağlı Azərbaycanda həyata keçirilən siyasətin sistemli şəkildə reallaşmasına imkan yaradacaq".

Türkan İSGƏNDƏRLİ

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.247595