Qaçqınların böyük qayıdışına hazırlıq – 240 min evin nə vaxt təhvil veriləcəyi açıqlandı
2022-06-28 16:53:00
Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə məybuatı verib.
Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu Suriyanın İdlib şəhərində tikilən evlərin bu ilin sonuna qədər tamamlanacağını bildirərək deyib: “Suriyada ümumilikdə 240 min evin tikintisini tamamlayacağıq. Suriyalı qaçqınlar geri qaytımağa razı olduqdan sonra o evlərdə yaşayacaqlar. Müəyyən müddət yaşadıqdan sonra o evlər öz evləri olacaq. Biz İngiltərə, Amerika, Hollandiya deyilik. Biz 1960-cı illərə qədər insanları kateqoriyalara bölən və öldürmək hüququna malik olduqlarını güman edən Belçika da deyilik. Getdiyimiz yerlərə istismar eləmək üçün deyil, əcdad yadigarı buraxmaq üçün gedirik. Heç kim narahat olmasın”.
Hürr Tərcüman