Pxenyandan ABŞ-a xəbərdarlıq: Müharibə başlaya bilər!

2022-07-27 09:25:00

Pxenyandan ABŞ-a xəbərdarlıq: Müharibə başlaya bilər!

ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimləri gələcəkdə yeni Koreya müharibəsinə çevrilə bilər.

Hurriyyet.az xəbər verir ki, bu sözlər Şimali Koreya Xarici İşlər Nazirliyinin bəyanatında əksini tapıb.

Bildirilib ki, ABŞ və Cənubi Koreyanın müxtəlif virtual müharibə sınaqlarının nə vaxtsa ikinci Koreya müharibəsinə çevrilməyəcəyini heç kim proqnozlaşdıra bilməz:

“ABŞ və müttəfiqlərinin birgə hərbi təlimləri təhlükəsizliyə təhdid yaradır və Koreya yarımadasında vəziyyətin gərginləşməsinə səbəb olan əsas amillərdən biridir. Nə qədər ki, ABŞ hərbi kontingenti buradadır, sülh təminatları reallaşa bilməz”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061936