Putinlə Zelenski İstanbulda görüşəcəklər? Ərdoğan açıqlama verdi

2022-04-23 12:31:00

Putinlə Zelenski İstanbulda görüşəcəklər? Ərdoğan açıqlama verdi

Hurriyyet.az “Akşam” nəşrinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan dünən İstanbuldakı Həsrət Əli məscidində iştirak elədiyi cümə namazından sonra jurnalistlərə açıqlamasında Türkiyənin Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında vasitəçilik səylərindən danışıb.

Ərdoğan Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin İstanbulda görüşməsi ehtimalından danışarkən deyib: “Nəticələr müsbətdir, lakin tam istədiyimiz kimi deyil. Ümidvarıq ki, daha da yaxşı olacaq. Bu gün onlarla əlaqə yaradılacaq. Cənab Putin və Zelenski ilə yenidən danışmağı planlaşdırırıq. Bu danışıq ilə birlikdə İstanbul prosesini liderlər səviyyəsində davam etdirməyi planlaşdırırıq. Bu dəvətimizi qəbul eləsələr, yüksək səviyyədəki görüşü də inşaallah İstanbulda təşkil edərik”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya