Putinlə görüş: Kadırov istefa verməkdən imtina etdi
2025-05-08 14:44:26

Vladimir Putinlə görüş məhsuldar keçdi.
Hurriyyet.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
Kadırov həmçinin istefası ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:
“Görüşün sonunda Vladimir Vladimiroviç internetdə yayılan son fikirləri şərh edərkən yenidən Mark Tvenin məşhur sözlərini sitat gətirdi: “Ölümüm haqda xəbərlər xeyli şişirdilib”. O əlavə etdi ki, hələ çox işləməliyik. Ali Baş Komandanın əmrini yerinə yetirirəm!”
Qeyd edək ki, Kadırov vəzifədən azad olunmağı xahiş etdiyini açıqlamışdı.
Axar.az
