Putinlə Ərdoğan Səmərqənddə nəyi müzakirə edəcəklər?

2022-09-07 11:40:00

Putinlə Ərdoğan Səmərqənddə nəyi müzakirə edəcəklər?

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək ŞƏT (Şanxay Əməkdaşlıq Təşkliatı) sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla ərzaq sazişini müzakirə edəcək. Bu barədə məlumatı “RİA Novosti”yə xəbər verən mənbə dövlət başçılarının Səmərqənddə gözlənilən görüşünün gündəliyinə ərzaq sövdələşməsinin daxil edilib-edilməməsi ilə bağlı sualı cavablandırarkən deyib: “Bəli, bu mövzu müzakirə olunacaq”.

Bundan əvvəl Putin çıxışlarının birində bildirmişdi ki, Ukrayna taxılının böyük hissəsini Qərbin Afrikaya deyil, öz dövlətlərinə ixrac etməsi səbəbindən dünya görünməmiş humanitar fəlakətlə üzləşə bilər. Putin bu marşrut üzrə məhdudiyyətlərin Türkiyə lideri ilə müzakirə edilməli olduğunu bəyan edib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059115