“Putinlə danışıqlara hazıram”

2022-05-13 16:46:00

“Putinlə danışıqlara hazıram”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski vasitəçilərin olmaması və ultimatumların irəli sürülməməsi şərti ilə, dialoq müstəvisində Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmağa hazır olduğunu bildirib. Zelenski danışıqlar məsələsinin günbəgün daha da müşkülləşdiyini deyib.

Zelenski bu açıqlamanı İtaliyanın Rai 1 kanalına müsahibəsində verib. O deyib: “Putinlə danışmağa hazıram. Amma yalnız onunla. Onun vasitəçiləri olmadam. Ultimatumlar yox, dialoq şəraitində”.

Zelenski Ukraynanın azad edilmiş ərazilərində Rusiya hərbçilərinin cinayətləri barəsində hər gün yeni faktların meydana çıxması səbəbindən danışıqlar məsələsinin getdikcə çətinləşdiyini söyləyib.

Zelenski deyib: “Güclü ordusu olmasa, Ukrayna danışıqlar masasında güclü olmayacaq. Bizim bu gücə ehtiyacımız var”.

Zelenski əlavə edib ki, "əraziləri işğal edən və insanları öldürən Rusiyanın Donbass “respublikaları” üçün “muxtariyyət” təklifini heç vaxt qəbul etməyəcək".

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya