Putinin yeni imperiya planında AZƏRBAYCAN DA VAR... - NƏ BAŞ VERİR?

2022-06-11 12:07:00

Putinin yeni imperiya planında AZƏRBAYCAN DA VAR... - NƏ BAŞ VERİR?

Rusiya lideri Vladimir Putin Ukraynadakı son məqsədini təsadüfən ağzından qaçırdı. Kremlin başçısı özünü çar I Pyotrla müqayisə edərək, Rusiyanı imperiya dövləti kimi bərpa etmək, digər postsovet ölkələrini işğal etməklə onu genişləndirmək niyyətində olduğunu təsdiqlədi. Hurriyyet.az DİA.AZ-a istinadla xəbər verir ki, bunu CNN telekanalının analitiki Natan Hodc deyib.

“Putin öz sözünü dedi: onun Ukraynada istədiyi Rusiyanı imperiya dövləti kimi bərpa etməkdir”, - ekspert bildirib.

Hodc bu sözlərini “Putinin imperiya ambisiyalarının etirafı” adlandırıb:

“Rusiya liderinə görə, iki cür dövlət var: suveren və müstəmləkə. Putinin fikrincə, Ukrayna sonuncu kateqoriyada olmalıdır. O, uzun müddətdir ki, ukraynalıların legitim milli kimliyinə malik olmadığını və onların ölkəsinin “Qərbin marionetkası” olduğunu iddia edir”.

Ekspertin sözlərinə görə, Putinin “imperiyanı bərpa layihəsi” nəzəri olaraq vaxtilə Rus İmperiyası və ya Sovet İttifaqına daxil olan digər ərazilərə də şamil oluna bilər:

“Bu, Sovet İttifaqının dağılmasından sonra yaranmış bütün dövlətlərdə təşviş doğurmalıdır”.

Qeyd edək ki, keçmiş SSRİ-yə Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Ukrayna, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Litva, Moldova, Estoniya, Rusiya və Latviya daxil olub.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya