Putinin xüsusi xümayəndəsi ABŞ-a gedərkən paylaşım etdi
2025-12-20 10:52:51
Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyev ABŞ-a gedərkən paylaşım edib. O, Mayamiyə getdiyini bildirib və bu haqda məlumatları sosial media platforması X-də paylaşıb.
Dmitriyev ABŞ-da Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkov və Amerika liderinin kürəkəni Cared Kuşner ilə ayrıca görüşəcək.
Siyasətçi Moskva və Vaşinqton nümayəndələrinin bu həftə sonu Ukrayna ilə bağlı yeni danışıqlar üçün görüşəcəyi məlumatlarını verib. Tədbirin Mayamidə keçirilməsi planlaşdırılır.
NURAY
