Putinin xəstəlik iddiaları: Çıxış yolu, ya reallıq?

2022-06-18 17:44:00

Putinin xəstəlik iddiaları: Çıxış yolu, ya reallıq?

Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə qədər Vladimir Putinin səhhəti ilə bağlı çoxlu xəbərlər yayılıb. Bəzən xərçəngə tutulduğu deyilən Rusiya liderinin müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi də iddia edilib. Ancaq bəzi ekspertlər reallığın çox fərqli olduğunu deyirlər. Hurriyyet.az xəbər verir ki, bununla bağlı xarici mətbuatda müxtəlif fikirlər yer alıb.

Rusiya prezidenti Vladimir Putin vəzifəyə gəldiyi gündən bu günə qədər istər kəşfiyyat keçmişindəki siyasi gedişləri, istərsə də maraqlı hobbilərindən tutmuş ailə həyatına qədər bir çox aspektlərdə diqqəti çəkib. Sürətli addımlarla liderlik nərdivanını qalxan və 2000-ci ildən ölkə rəhbərliyində söz sahibi olan Putinin həyatı ilə bağlı bir çox təfərrüatlar gizli saxlanılır. Mətbuatla paylaşılan məlumatlar yalnız Kremlin tələb etdiyi formada və həcmdə verilir. Belə ki, indiyədək Rusiya lideri haqqında onlarla təsdiqlənməmiş iddialar səsləndirilib. Putinun xüsusilə, sağlamlıq vəziyyəti ilə bağlı böyük qeyri-müəyyənlik var. Qərb mətbuatında onun ağır xəstəliklərlə mübarizə apardığı haqda xəbərlər getsə də, Rusiya lideri özünəməxsus rəftarı ilə bəzən cüdo ilə, bəzən də ayı sürməklə bu iddialara az qala “çox sağlamam” mesajı verir. Bəzi ekspertlərin fikrincə, mətbuatda xəstəlik iddiaları şişirdilib və qəti dəlillərə əsaslanmır.



Putinin səhhəti ilə bağlı iddialara kifayət qədər dəlil olmadığını deyənlər arasında döyüş meydanındakı fəaliyyəti ilə tanınan professor Maykl Klark da var. “Mətbuatda yer alan ən ciddi iddialardan bəziləri Putinin Parkinson və ya xərçəng xəstəliyinə tutulmasıdır. Bu barədə bir neçə mütəxəssislə danışmışam. Mənə dedilər ki, Parkinson xəstəliyini yerişlə müəyyən etmək olmur. Bundan əlavə, danışdığım digər mütəxəssislər xərçəngin əlamətlərini təkcə fotoşəkillərlə müəyyən edə bilməyəcəyini söylədi".

Putinin səhhəti ilə bağlı bir çox fərqli iddiaların olduğunu bildirən Klark sözlərini belə davam etdirib.

- Düzünü desəm, mən Putinin "xəstə” olduğunu düşünənlərdənəm. O, daim həkimlərlə olur, bildiyimizə görə, səhhəti ilə bağlı görüşləri yarımçıq qoyur, həmin həkimlərlə məsləhətləşir. Vladimir Putinin oktyabrda 70 yaşı tamam olacaq, tez-tez botoks əməliyyatı keçirib. Biz də bunu bilirik. Əslində ny o qədər tez-tez edilir ki, Putin sağ ikən az qala özünü mumyalamağa çalışır".

Professor Maykl Klark Vladimir Putinin səhhəti ilə bağlı iddialar altında müxtəlif ehtimalların ola biləcəyini də vurğulayıb. "Ukrayna müharibəsi Rusiya üçün pis başa çatarsa, prezidentin səhhətinə görə istefa verməsi Rusiya üçün yaxşı çıxış yolu ola bilər", - deyə Klark bildirib:

"Belə bir ssenari baş verərsə, Putini ən azı onun qədər güclü olan Nikolay Patruşev əvəz edə bilər. Təbii ki, bunlar sadəcə fərziyyələrdir”, o əlavə edib.

Vladimir Putinin səhhəti ilə bağlı iddiaların mühüm hissəsi "General SVR" adlı Telegram kanalında paylaşılır. Kremldə mənbəyə malik olduğunu buldirən kanal, son bir neçə həftə ərzində bu mövzuda yeni bir iddia dərc edib. Kanalda bildirllib ki, Rusiya prezidenru müşavirlər və hərbi rəhbərlərlə bu yaxınlarda keçirilən videokonfransdan sonra iş masasından qalxarkən özünü yorğun hiss edib və başı gicəllənib, buna görə də həkimlərə müraciət edib. Bundan əlavə, iddialara görə, Putininkeçən həftə başgicəllənməsi olduğu üçün mətbuat konfransını qeyri-müəyyən müddətə təxirə salıb".

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya