Saat:13:01
Haqqımızda

“Putinin xarakteri belədir ki, ölənə qədər...” – Müharibənin uzanmasının pərdəarxası

2022-06-28 17:00:00

“Putinin xarakteri belədir ki, ölənə qədər...” – Müharibənin uzanmasının pərdəarxası

“Putin elə bir xarakterə sahib insandır ki, o, qələbənin alternativini qəbul etməyəcək və müharibəni məğlub bitirməyəcək”.

Bunu açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O, Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyaya ilə müharibəni qışa qədər bitəcəyi ilə bağlı proqnozuna rəy bildirib. 

“Müharibənin uzanacağı aydın məsələdir. Çünki hər iki tərəf bir-birinin gücünü test edir. Qərb Rusiyanı öz sanksiyaları ilə çökdürmək, Rusiya isə Qərbin döyüşü qələbə ilə bitirmək istəyir”, - deyə Ceyhun Əhmədli vurğulayıb.

O əlavə edib: “İlk gündən Rusiyaya qarşı müxtəlif sanksiyalar paketi elan edilib. Bu sanksiyalar Rusiyanın iqtisadiyyatına ciddi zərbi vurub. Onun ən böyük planı qışa qədər rəqiblərini qaza möhtac qoymaqdır. Belə olan halda Qərbin Ukraynaya silah tədarükü və maddi yardımı dayandırılacaq, hətta Ukrayna sülhə məcbur ediləcək”.

Siyasi şərhçi bildirib ki, tərəflərin hər ikisi fəlakətli vəziyyətlə üzləşdiyini dərk edərək müharibəni məğlub bitirə, yaxud tərəflərdən birinin kapitulyasiyası  elan edilə bilər. Hazırda bu ssenarilərdən heç birinin gerçəkləşməsi üçün zəmin yoxdur:

“Hərb meydanında Rusiya hər gün irəliləyir, yeni qəsəbələr, şəhərlər onun nəzarətinə keçir. Ancaq bu o demək deyil ki, Ukraynanın müqaviməti tamamilə qırılıb.

Putin elə bir xarakterə sahib insandır ki, o qələbənin alternativini qəbul etməyəcək və müharibəni məğlub bitirməyəcək. Müharibə başladıqda minimal və yaxud maksimal qələbə ilə Moskvanın mərkəzində hərbi parad təşkil etməyi planlanlaşdırılmışdı. Amma maksimal qələbə o zaman ola bilərdi ki, Rusiya qısa zamanda Kiyevi ələ keçirsin və Ukraynanın müqavimətini qırsın. 

Rusiya hesab edirdi ki, Ukrayna xalqı rus ordusunu xilaskar kimi qarşılayacaq və Ukraynada hakimiyyət devriləcək. Lakin bu baş tutmadı, indi Rusiya minimal qələbə barədə fikirləşir".

Yenisabah.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR