PUTİNİN VARİSİ MƏLUM OLDU - Əməliyyat zamanı kreslosunu ona həvalə edəcək

2022-05-03 12:56:00

PUTİNİN VARİSİ MƏLUM OLDU - Əməliyyat zamanı kreslosunu ona həvalə edəcək

Ukraynada müharibə bütün gücü ilə davam edərkən Rusiya prezidenti ilə bağlı diqqəti cəlb edən iddia irəli sürülüb.

Britaniya mediası Rusiya lideri Vladimir Putinin xərçəng xəstəliyinin müalicəsi çərçivəsində əməliyyat olunacağını açıqlayıb. Sözügedən xəbərin Kremldəki mənbəyə əsaslandığı bildirlib.

Mənbənin adı təhlükəsizlik baxımından gizli saxlanılsa da, Putinin bu prosesdə kreslosunu həvalə edəcəyi isim də məlum olub.

İddialara görə, Putin bıçaq altında olarkən kreslosunu 2008-ci ildən Rusiya Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsində çalışan Nikolay Patruşevə həvalə etməyi düşünür.

Qeyd edək ki, Federal Təhlükəsizlik Xidmətinə (FSB) rəhbərlik edən Patruşev ölkə bürokratiyasında çox güclü bir fiqur kimi tanınır. (Mənbə: “Haber Global”)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya