“Putinin ucbatından NATO-nun xərcləri artıb” – ABŞ Dövlət katibi

2022-01-14 16:55:00

“Putinin ucbatından NATO-nun xərcləri artıb” – ABŞ Dövlət katibi

Gürcüstana, Ukraynaya, Moldoviyaya NATO yox, Rusiya hərbi müdaxilə edib

Hurriyyet.az “Qruziya onlayn” portalına istinadla xəbər verir ki, ABŞ-ın Xarici İşlər naziri Entoni Blinken MSNBC kanalına müsahibəsində deyib: “Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya, ondan əvvəl də Gürcüstana  təcavüzündən sonra NATO-nun müdafiə xərcləri artıb”.

Entoni Blinken onu da qeyd edib ki, ruslar NATO tərəfindən təhdid barəsində danışsalar da, NATO yox, Rusiya müxtəlif ölkələrə işğalçı hücumlar edib: “Ruslar NATO tərəfindən təhdiddən şikayətlənirlər. Ukraynaya NATO yox, Rusiya hərbi müdaxilə edib, Gürcüstana NATO yox, Rusiya hərbi müdaxilə edib, Moldovada onun xalqının iradəsi əleyhinə olaraq, NATO yox, Rusiya öz hərbçilərini saxlayıb. Ona görə də, Avropanın təhlükəsizliyi üçün təhdid varsa, NATO-dan yox, Rusiyadan qaynaqlanır”.

Hürr Tərcüman