"Putinin strateji xətası..." - Almaniya kansleri açıqlama verdi
2025-05-16 10:33:14

Hurriyyet.az xəbər verir ki, Almaniya kansleri Fridrix Metrs RF Prezidenti Vladimir Putinin dünən strateji səhv buraxdığını və artıq mayın 20-də Avropa İttifaqının Moskvaya qarşı 17-ci sanksiya paketini qəbul edəcəyini bəyan edib.
Almaniyanın Baş naziri X səhifəsində yazıb: "Yeni sanksiya paketi hazırdır. Çərşənbə axşamı günü Brüsseldə onu qəbul edəcəyik".
Merts Putinin mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılmış danışıqlarda iştirakdan imtina etməsinin strateji səhv olduğunu bildirərək qeyd edib: "Prezidenti Zelenskinin hər şeyə rəğmən İstanbula getməsi - böyük güzəştdir. Putin isə getmədi - özü özünü çətin vəziyyətdə qoydu".
Hürr Tərcüman
