“Putinin şərtlərini onlara Ərdoğan çatdıracaq” – Türkiyə mətbuatı

2023-08-30 13:31:12

“Putinin şərtlərini onlara Ərdoğan çatdıracaq” – Türkiyə mətbuatı

Hurriyyet.az xəbər verir ki, Türkiyənin “Milliyet” nəşri ölkə Prezidenti R.T.Ərdoğanın “Böyük iyirmilik” (G-20) ölkələrinin liderlərini rusiyalı həmkarı Vladimir Putinin Ukraynadakı münaqişəni dayandırmaq üçün irəli sürdüyü şərtlərlə tanış edəcəyini yazıb.

Nəşrin yazdığına görə, iki dövlət başçısının G-20 sammiti asatanasındakı görüşü “Türkiyəni tədbirin ulduzuna çevirəcək”. Məqalədə deyilir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Qərb liderləri arasında Putinlə görüşə bilən yeganə dövlət başçısıdır.  

Qəzet yazır: “Hamı Putinin şərtlərini və Ərdoğanın silahlı münaqişəni dayandırmaq təklifini dinləyəcək”.

Nəşrin siyasi şərhçisi bildirir ki, Türkiyə ilə Rusiya prezidentləri taxıl dəhlizi məsələsini də müzakirə etməyi planlaşdırırlar. Onun fikrincə, Ərdoğan Putini taxıl sazişini bərpa eləməyə razı salsa, bütün dünya üçün böyük bir iş görmüş olacaq. Belə bir addım Türkiyənin Afrikadakı diplomatiyasını gücləndirməklə yanaşı, qitə ölkələrinin BMT-də Ankaranı dəstəkləməsinə səbəb olacaq.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.127520