Saat:06:36
Haqqımızda

Putinin qorxduğu adam - ALEKSEY NAVALNI

2022-01-20 12:51:00

Putinin qorxduğu adam - ALEKSEY NAVALNI

Xaqani Cəfərli: "Müxalifət lideri hesab edir ki, 8 il ardıcıl olaraq həyat səviyyəsinin aşağı düşməsinə görə Rusiyada kütləvi iğtişaşlar ola bilər"

"Yanvarın 18-də Rusiya müxalifətinin lideri Aleksey Navalnının həbsinin bir ili tamam oldu. Dünyanın əksər ölkələrində bununla bağlı tədbirlər keçirilib. Dünyaca məşhur "Time" jurnalında Aleksey Navalnın müsahibəsi çap olunub. Jurnalın üz qabığında isə Aleksey Navalnının şəkili bu sözlərlə yer alıb: Putinin qorxduğu adam. Rusiyanın ABŞ və NATO-ya qarşı irəli sürdüyü ultimatumu şərh edən müxalifət lideri bildirib ki, Putin güzəştlər qazanmaq üçün Qərb dövlətlərini şantaj edir". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib. 

Onun sözlərinə görə, Rusiya müxalifətinin lideri hesab edir ki, əksər beynəlxalq problemlərin əsas səbəbi korrupsiyadır: "Korrupsiya ilə mübarizədə ABŞ Konqresində vahid mövqeyin və iki partiyalı qrupun yaradılmasını vurğulayan Aleksey Navalnı bunları ümidverici hal kimi qiymətləndirib. Müxalifət lideri hesab edir ki, 8 il ardıcıl olaraq həyat səviyyəsinin aşağı düşməsinə görə Rusiyada kütləvi iğtişaşlar ola bilər. Dövlət çevrilişini də istisna etməyən müxalifət lideri əsas məqsədinin isə ədalətli seçki olduğunu bildirib. Putinin apardığı siyasətin qəfil hadisələrin, sarsıntıların, o cümlədən zorakılıqla müşayiət olunan hadisələrin baş vermə riskini artırdığını qeyd edən Aleksey Navalnı ölkənin parçalanma ehtimalının da ardığına diqqət çəkib. Putinin ətraf ölkələrdə baş verən inqilablardan hansı dərsi çıxardığı ilə bağlı suala cavab olaraq Aleksey Navalnı bildirib ki, diktatorlar yanlış olaraq belə düşünürlər ki, güzəşt etsən hakimiyyət devriləcək. "Halbuki, Rusiya İmperiyasını Romanovların zəifliyi deyil, mütləqiyyət rejimin qoruyub-saxlamaq cəhdləri məhv etdi".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR