Saat:08:47
Haqqımızda

Putinin qızının gizli hesabı ortaya çıxdı - LGBT, Ukrayna ilə bağlı postlar paylaşır

2022-05-20 23:04:00

Putinin qızının gizli hesabı ortaya çıxdı - LGBT, Ukrayna ilə bağlı postlar paylaşır

Vladimir Putinin böyük qızı Mariya Vorontsovanın “Maria V” sosial media hesabı aşkarlanıb.

Bu barədə “The Times” qəzeti məlumat paylaşıb.

Mariyanın hesabında Ukrayna, Qərb, Corc Soros və LGBT haqları ilə bağlı paylaşımlar etdiyi iddia olunur.

Putinin böyük qızı Mariya Vorontsova ilə bağlı diqqət çəkən iddia Qərbdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Putin ailəsini və şəxsi həyatını gizli saxladığından Rusiya liderinin qızları haqqında çox məlumat yoxdur. Lakin Rusiyanın Ukraynaya hücumundan sonra bütün ailə diqqətdə saxlanılır. Putin kimi onun ailəsini də Qərb mediası addım-addım izləyir. \\Sfera.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR