Saat:18:03
Haqqımızda

Putinin partiyası səsləri itirsə də, seçkilərdə qazandı

2021-09-20 17:06:00

Putinin partiyası səsləri itirsə də, seçkilərdə qazandı

Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin rəhbərlik elədiyi Vahid Rusiya partiyası seçkilərdən qələbə ilə ayrılıb.

Lakin partiya ötən seçkilərlə müqayisədə səslərini itirib. Digər tərəfdən sosial mediadakı videolarda bir çox seçki qutularında problemlərin olduğu bildirilir, “seçkilər dürüst keçirilmədi” iddiaları səsləndirilir.

V.Putin dünən keçirilən səsvermədən sonra qələbə qazandığını bəyan edib.

RF MSK səslərin 64%-nin sayıldığını və Putinin partiyasının səslərin 48%-ni aldığını bildirib. Vahid Rusiyanın ən yaxın partiyası olan Kommunist Partiyası əvvəlki kimi 21% səs qazanıb.

Ekspertlər, 2016-cı ildə keçirilmiş seçkilərdə səslərin 54%-ni qazanmış Vahid Rusiyanın tərəfdarlarını itirdiyini bildiriblər. Həyat səviyyəsinin aşağı düşməsi, müxalifətçi Aleksey Navalnının Rusiyada korrupsiya faktlarını aşkarlaması Putinə dəstəyi azaldıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR