PUTİNİN "NÜVƏ ÇAMADANI”nı DAŞIYAN MÜHAFİZƏÇİSİ GÜLLƏLƏNDİ - Başından vurulmuş vəziyyətdə tapıldı

2022-06-23 12:29:00

PUTİNİN

Rusiya Prezidenti Vladimir Putinin mühafizəçisi, Federal Təhlükəsizlik Xidmətinin polkovniki Vadim Zimin başından güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı xəbər verir. Hazırda o, ağır vəziyyətdə reanimasiyadadır.

Məlumata görə, Zimin iyunun 20-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki mənzilində tapılıb. Onun yanında "İzh 79-9TM" markalı travmatik tapança da olub.

Bildirilir ki, Zimin Kremldə təkcə Vladimir Putinin deyil, Boris Yeltsinin dövründə də işləyib.

Rusiya mətbuatı xəbər verir ki, Zimin gömrük xidmətində işə başlayandan sonra rüşvət ittihamı ilə açılan cinayət işinin istintaqı çərçivəsində ev dustaqlığında olub. Onu həbs cəzası gözləyir.

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya