Putinin nümayəndəsi: “NATO bizə doğru irəliləyir!”

2022-05-12 15:37:00

Putinin nümayəndəsi: “NATO bizə doğru irəliləyir!”

Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, bu gün Finlandiya dövlətinin NATO ittifaqına üzv olmaq üçün alyansa müraciət edəcəyi barəsində rəsmi açıqlama verməsindən sonra Kreml bununla bağlı bəyanat yayıb.

“Finlandiyanın NATO üzvlüyünə qəbul edilməsi Rusiya üçün təhdiddir!” – Putinin nümayəndəsi

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Finlandiyanın NATO ittifaqına daxil olmasının Rusiya üçün təhdid olduğunu bildirib. O, Qərbin hərbi ittifaqının şərqə doğru genişlənməsinin Avropanı daha da təhlükəsiz etməyəcəyini söyləyərək əlavə edib: “Finlandiyanın NATO-ya daxil olması, Rusiya üçün konkret təhdidə çevriləcək”.

Peskov deyib: “Əgər xatırlayırsınızda, NATO-nun şərq qanadının gücləndirilməsi səbəbindən bizi qərb qanadlarımızın gücləndirilməsi siyahısını genişdilməsini nəzərdə tutan Prezident və Ali Baş komandan təlimatı var. NATO bizə doğru irəliləyir”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya