Putinin növbəti hədəfi? Gürcüstan əraziləri Rusiyaya birləşdirilə bilər

2022-05-11 17:30:00

Putinin növbəti hədəfi? Gürcüstan əraziləri Rusiyaya birləşdirilə bilər

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” agentliyi yayıb.

Məlumatda bildirilir ki, separatçı Cənubi Osetiya Respublikasının yeni seçilmiş prezidenti Alon Qaqloyev qurumun ərazisinin Rusiyaya birləşdirilməsi üçün referendum keçirməyə hazır olduğunu bildirib. Qaqloyev “Rossiya 24” telekanalına müsahibəsində deyib: “Zamanı gələrsə, Cənubi Osetiya Rusiya Federasiyasına daxil olmaq üçün referendum keçirməyə hazırdır və həmişə hazır olub. Burada məsələ birləşməyin lazım olması yox, bu mexanizmin necəliyidir. Biz çox gözəl başa düşürük ki, bu vəziyyətdə heç də hər şey Cənubi Osetiyadan asılı deyil. Bizim strateji müttəfiqimiz var – Rusiya. Belə vacib məsələlərdə bütün addımları razılaşdırılmış halda atmaq lazımdır. Biz gələcək addımlarımızı Rusiya Federasiyası ilə razılaşdırılmış halda ataraq referendum keçirməyə hazırıq”.

Qeyd edək ki, Cənubi Osetiya BMT, Avropa İttifaqı və ABŞ tərəfindən, eyni zamanda beynəlxalq razılaşmalara əsasən Gürcüstan ərazisi kimi tanınan mübahisəli bölgədir. 26 avqust 2008-ci ildə Rusiya Federasiyası, ardından Nikaraqua, Venesuela, Nauru və Suriya Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Digər dövlətlər bu bölgəni Gürcüstanın əyaləti kimi tanıyır.

Hürr Tərcüman

Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya