Putinin növbəti hədəfi bəlli oldu

2022-06-01 18:58:00

Putinin növbəti hədəfi bəlli oldu

Hurriyyet.az xəbər verir ki, Ukraynada qanlı müharibənin davam elədiyi bir zamanda Rusiyadan ultimatum kimi xəbərdarlıq səsləndirilib.

Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasından olan Vladimir Avatkov “Rossiya-1” televiziya kanalına müsahibəsində Qərbin Ukraynaya hərbi yardım eləməsini vurğulayaraq, daha bir ölkənin hədəfə alınacağını bildirib. Rusiya mətbuatı Ukraynaya silah yardımı edilməsinin hücum eləmək hüququ verdiyini bildirərək, Ukrayna ilə həmsərhəd olan Polşaya işarə vurublar.

Ukraynanın qərbində yerləşən Polşa NATO üzvü olduğu üçün Ukraynaya edilən yardımların əsas bazasına çevrilib.

Vladimir Avtko bu vəziyyətdən danışarkən deyib: “Putinin sözlərini xatırlamalıyıq.  Xüsusi hərbi əməliyyata müdaxilə eləməyə çalışan hər kəs bunun ağır cəzasını çəkəcək”.

Avatkonun bu sözləri dünya mətbuatında aşkar təhdid kimi qiymətləndirilib.

Kadırov da “cəmi 6 saniyə çəkər” deyə təhdid eləmişdi

Putinin müharibədəki ən böyük dəstəkçisi, Çeçenistanın rəhbəri Ramzan Kadırov da bu yaxınlarda Ukraynanı dəstəklədiyi üçün Polşanı təhdid eləmişdi. Kadırov Polşaya səslənərək: “Sizə nələr edə biləcəyimizi 6 saniyə ərzində göstərərik” demişdi.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya