Saat:01:34
Haqqımızda

"Putinin hibrid rejimi legitimliyini tamamilə itirdi" - XAQANİ CƏFƏRLİ

2021-09-22 10:59:00

"Azərbaycan Xarici İşlər Nazirliyini Türkiyə Xarici İşlər Nazirliyi və Ukrayna ilə həmrəylik göstərməyə çağırıram"

"Rusiya Dövlət Dumasına seçki qanununverici orqanın siyasi-mənəvi legitimliyini itirməsi ilə yanaşı, Vladimir Putinin hibrid rejiminin xalqın müstəsna hüququnu qəsb etdiyini tam çılpaqlığı ilə gözlər önünə sərdi". Hurriyyet.az xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

Politoloqun sözlərinə görə, artıq hər kəsə aydındır ki, avtoritarizmlə faşizm arasında olan hibrid rejim xalqı hakimiyyət orqanlarını azad, ədalətli və demokratik seçkilər yollu ilə formalaşdırmaq hüququndan məhrum edib: "Putinin özünün də onlayn səsverməsinin saxta olduğu sübut olunduqdan, paytaxt Moskva seçicilərin onlayn qaydada verdikləri 2 milyon səsin tam saxtalaşdırıldığı aşkara çıxdıqdan sonra hibrid rejim legitimliyini tamamilə itirdi. Putinin hibrid rejimi Lukaşenkonun diktaturası kimi siyasi, hüquqi və mənəvi legitimliyini itirdi. Dövlət Dumasına seçkilər Putinin hibrid rejiminə kəsilən hökm oldu".

Xaqani Cəfərli qeyd edib ki, Putinin hibrid rejiminə qarşı daha bir hökm Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən çıxarılıb: "Avropa İnsan Hüquqları Məhkəməsi 2006-cı ildə Londonda qətlə yetirilən Rusiya Federal Təhlükəsizlik Xidmətinin sabiq əməkdaşı Aleksandr Litvinenkonun ölümünə görə Rusiyanın məsuliyyət daşıdığı haqqında qərar verib. Bununla da Vladimir Putinin hibrid rejimi Avropanın ən yüksək instansiya məhkəməsi tərəfindən qatil elan olunub. Bundan başqa, Türkiyə Xarici İşlər Nazirliyi Rusiyanın ilhaq etdiyi Krımda Dövlət Dumasına keçirilən seçkiləri qanunsuz adlandıraraq tanımaqdan imtina edib. Odur ki, Azərbaycan Xarici İşlər Nazirliyini Türkiyə Xarici İşlər Nazirliyi və Ukrayna ilə həmrəylik göstərməyə çağırıram".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR