Saat:04:06
Haqqımızda

"Putinin hakimiyyəti çökdüyü an Rusiya parça-parça olacaq" - XAQANİ CƏFƏRLİ

2024-03-25 14:25:46

"Gələcək tarixçilər "Krokus City"də baş verən terroru və bu hadisəyə Rusiya hakimiyyətinin reaksiyasını ölkənin parçalanmasını tətikləyən olay kimi qeyd edəcəklər"

""Krokus City"də baş verən terror Rusiyada dövlət institutlarının, xüsusilə də təhlükəsizliyi və ictimai asayişi təmin etməli olan dövlət strukturlarının iflic vəziyyətdə olduğunu nümayiş etdirdi". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Politoloqun sözlərinə görə, aydın görünür ki, dövlət institutları tamamilə çöküb: "Rusiyada yalnız hakimiyyət mövcuddur. Putinin hakimiyyəti çökdüyü an isə Rusiya parça-parça olacaq. Gələcək tarixçilər "Krokus City"də baş verən terroru və bu hadisəyə Rusiya hakimiyyətinin reaksiyasını ölkənin parçalanmasını tətikləyən olay kimi qeyd edəcəklər. Rusiyanın 100 yerə parçalana biləcəyini istisna etməyən Pol Qobl haqlı çıxa bilər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.184301