Putinin ətrafı “Ukrayna izinə” inanmır - “Bloomberg”
2024-03-26 23:06:01
“Rusiya prezidenti Vladimir Putinin ətrafındakı insanlar “Crocus City Hall”da törədilən terror aktında Ukraynanın əli olmadığını düşünürlər”.
Hurriyyet.Az xəbər verir ki, bu barədə “Bloomberg” Kremlə yaxın dörd mənbəyə istinadən yazır.
Bildirilir ki, Kreml Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) uğursuzluğundan şoka düşüb.
Putinin iştirakı ilə keçirilən müzakirələrdə rəsmilər Kiyevin terror aktı ilə bağlı olmadığı qənaətinə gəliblər. Lakin Putin istənilən halda rusları Ukrayna ilə müharibə ətrafında toplaşmağa səsləyib. \\KONKRET.az