“Putinin Ermənistan səfəri xüsusi əhəmiyyətə malik olacaq”

2022-06-10 21:21:00

“Putinin Ermənistan səfəri xüsusi əhəmiyyətə malik olacaq”

Paşinyan onu bayram tədbirlərinə dəvət edib

Hurriyyet.az “Sputnik Ermənistan” informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan İrəvan şəhərində RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayandəsi, Rusiyanın keçmiş Mədəniyyət naziri Mixail Şvıdkonu qəbul edib.

Arşakyan Şvıdko ilə görüş zamanı Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanın ilin ikinci yarısında bu ölkəyə səfər eləmək dəvətini qəbul etdiyini bildirirərək söyləyib ki, Rusiya Prezidentinin bu ilin ikinci yarısına planlaşdırılan Ermənistan səfəri iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr edilmiş bayram tədbirlərinə xüsusi əhəmiyyət qazandıracaq.

 

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya