Putinin Ərdoğana hədiyyəsi: Müəllifi bakılıdır

2023-09-05 13:33:48

Putinin Ərdoğana hədiyyəsi: Müəllifi bakılıdır

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidentinin türkiyəli vəzifədaşına  xüsusi hədiyyəsini Soçi görüşündə açıqlayıb.

Hurriyyet.az TASS-a istinadla xəbər verir ki, Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla onun həyatından bəhs edən sənədli film hədiyyə edib.

Peskovun sözlərinə görə, bu film “Rossiya-24” kanalının istehsalıdır və müəllifi onu hazırlamaq üçün Ərdoğanla 4 dəfə müsahibə almış Mixail Qusmandır.

Bu filmdə Ərdoğanın uşaqlıqdan prezidentliyinə qədər keçdiyi həyat yolu və hakimiyyəti dövründə əldə etdiyi nailiyyətlər yer alır.

Qusman bir müddət əvvəl Ərdoğanı böyük siyasətçi adlandırıb və bildirib ki, Türkiyə belə bir liderə sahib olduğu üçün fəxr etməlidir./yenisabah.az/


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.151228