Saat:18:57
Haqqımızda

Putinin elçisi Vaşinqtona gedir - Sanskiya ləğv edilib

2025-04-02 12:16:01

Putinin elçisi Vaşinqtona gedir - Sanskiya ləğv edilib

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun başçısı Kiril Dmitriyev bu həftə Vaşinqtona səfər etməyi və Amerika Prezidentinin elçisi Stiv Vitkovv ilə görüşməyi planlaşdırır. Kirill Dmitriyev RF Prezidenti Vladimir Putinin Ukrayna məsələsi üzrə ABŞ ilə danışıqlar aparan heyətə daxil elədiyi şəxslərdəndir.
Bu barədə CNN telekanalına məlumatlı mənbələr xəbər veriblər. Mənbələrin sözlərinə görə, danışıqlar Moskva ilə Vaşinqtonun münasibətlərinin möhkəmləndirilməsinə və Ukraynadakı müharibənin dayandırılmsı məsələsinə həsr ediləcək. Dmitriyevin səfəri hərbi münasişənin başlanmasından sonra Rusiyanın yüksək vəzifəli şəxsinin Vaşinqtona ilk gedişi olacaq. Telekanala məlumat verən məbələrin sözlərinə görə, bunun üçün ABŞ hakimiyyəti Dmitriyevin adını 2022-ci ilin fevralından bəri saxlanıldığı sanksiya siyahısından çıxarıb və ona viza verib.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000105