Saat:08:23
Haqqımızda

Putinin dostunun əmlakına həbs qoyuldu – Ukraynada Medvedçuk ailəsinin hansı şirkətləri olub?

2023-06-02 15:11:00

Putinin dostunun əmlakına həbs qoyuldu – Ukraynada Medvedçuk ailəsinin hansı şirkətləri olub?

Ukrayna məhkəməsi rusiyayönlü siyasətçi Viktor Medvedçukun həyat yoldaşı, keçmiş teleaparıcı Oksana Marçenkonun əmlakına növbəti dəfə həbs qoyub. Yeni aktivlər 740 milyon UAH (19,8 milyon dollardan çox) dəyərində qiymətləndirilir. 

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb.

Söhbət Odessa vilayətindəki 7 liman müəssisəsindəki -“Eximnaftoprodukt ASC”, “Sintez Oil PrJSC”, “Sintez Transit PrJSC”, “Ukrloudsistem MMC”, “Odesnefteprodukt ASC”, “Chernomorsky Fuel Terminal PrJSC” və “Albion MMC Commodities" paylardan gedir. SBU-nun məlumatına görə, Marçenko bir sıra ofşor şirkətlər vasitəsilə bu müəssisələrdə səhmlərə sahibdir.

Nazirlik onu da qeyd edib ki, bu şirkətlər Qara dəniz vasitəsilə yanacaq və digər vacib yüklərin daşınmasında strateji əhəmiyyətə malikdirılər.

"Aktivlərə həbs qoyulması onların başqa adlar altında yenidən qeydiyyatdan keçməsinə imkan verməyəcək və gələcəkdə onların dövlətimizin xeyrinə müsadirə edilməsinə səbəb olacaq", - SBU-nun açıqlamasında deyilir.

Bundan əvvəl departament ən azı üç dəfə Marçenkonun müxtəlif aktivlərinin dondurulması barədə məlumat verib. Onların dəyəri fevralda - 152,4 milyon dollar, martda - 11,9 milyon dollar, apreldə isə 27 milyon dollardan çox olub.

Marçenko konstitusiya quruluşunu zorla dəyişdirmək və dövlət hakimiyyətini ələ keçirmək, Ukrayna ərazisinin və ya dövlət sərhədini dəyişdirmək məqsədi ilə cinayət fəaliyyətlərini maliyyələşdirməkdə şübhəli bilinir.

Medvedçuk müharibə başlayandan sonra qadağan edilmiş Müxalifət Platforması - Həyat Naminə partiyasının liderlərindən biridir. Onun Vladimir Putinlə dostluq münasibətləri məlumdur, Rusiya Prezidenti Medvedçukun qızının xaç atasıdır.

2021-ci ilin may ayından Medvedçuk haqqında dövlətə xəyanətlə bağlı cinayət işi açılıb və ev dustaqlığına məhkum edilib. Rusiyanın Ukraynaya hərbi müdaxiləyə başlamasından 3 gün sonra onun qaçdığı məlum olub. 2022-ci ilin aprelində o, saxlanılıb və daha sonra məhkəmə tərəfindən həbs edilib. Sentyabrda Ukrayna tərəfi Medvedçuku əsir götürülmüş ukraynalı hərbçilərlə dəyişib.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR