Saat:09:06
Haqqımızda

Putinin cavabı belə olacaq: Bu ərazilər Rusiyaya birləşəcək…

2022-01-28 09:34:00

Putinin cavabı belə olacaq: Bu ərazilər Rusiyaya birləşəcək…

Lavrov qeyd edir ki, ABŞ və NATO-nun cavabı bizi qane edən cavab deyil, əsas tələbimizi isə qəbul etməyiblər. Əsas tələb də NATO-nun genişlənməyəcəyinə Qərbin yazılı zəmanət verməsi idi ki, bu da baş vermədi, baş verməsi, zatən, mümkün də deyildi.

Hurriyyet.az xəbər verir ki, bu barədə ReAL üzvü Natiq Cəfərli qeyd edib.

Onun fikrincə, indi top Kremlin sahəsindədir, əgər cavablara qane olub uzun-uzadı danışıqlara razılıq versə, Putin bunu daxili ictimai fikrə sırıya bilməyəcək. Kreml uzun illərdir ki, aqressiv, militarist, “imperialist” toplum formalaşdırıb, indi öz yaratdığı gözləntilərin əsrinə çevrilib:

“Kreml heç bir addım atmasa, artıq məğlub duruma düşücək, 2024-cü ildə Putinin seçkiləri fiaskoya uğraya, “hərbi-militarist” və “imperialist” qüvvələr ona qarşı çıxacaq. Rusiyada liberal müxalifət yoxdur, zatən yaranması da müşkül məsələdir, tarixi ətalət, cəmiyyətin kodları liberal müxalifətin yaranması üçün münbit zəmin deyil. Rusiyada həm “sol”, həm də “millətçi-şovinist-dövlətçi” qüvvələr var, Putinin onların ortaq - “Tarixi rus torpaqlarını qaytaran” statusunda olan bir liderdir. Kreml indi geriyə addım atıb “Donbasın ilhaqı”ndan, “SSRİ-nin fərqi formada bərpası”ndan imtina etsə, Putini “yeyəcəklər”.

Ekspert Putinin “militarist-imperialist” cəmiyyətinə mesaj üçün nəsə etməli olduğunu da bildirib:

“Bəs, bu nə ola bilər?! Çox güman, Rusiya ilk olaraq “Donetsk və luqansk “xalq respublikaları”nı tanıyacaq, sonra məhz onların bayrağı, adı altında Ukrayna ilə lokal savaşlara gedəcək, əsas hədəfi də Ukraynanın Azov dənizinə çıxışını tam qapadaraq Donbas vasitəsi ilə Krıma quru yol əldə etmək, Krımın su problemini birdəfəlik çözmək olacaq – bunları etsə, Rusiya cəmiyyəti “Çarı” 2024-də bəh-bəhlə yenidən taxta oturdacaq”.

N.Cəfərli bu addımlara qarşı Qərbin reaksiyası haqda da proqnoz verib:

“Qərb təbii ki, bəzi sanksiyalar tətbiq edəcək, amma sonda razılaşacaqlar ki, Krım və Donbas itirildi, Ukraynanı bunu qəbul etməyə məcbur edəcəklər, amma əvəzində də Ukraynanın yerdə qalan hissəsi NATO və AB-yə üzv olacaq. Bundan sonra Kreml Donetsk və Luqansk “respublikaları”nda referendum keçirib öz tərkibinə qatacaq, həmin ərazilərdə böyük hərbi bazalar qurub raketləri üzü Qərb tərəfə düzəcək.

Sonra bir müddət “soyuq müharibə” və “dəmir pərdə” işə düşəcək, Rusiyada post-Putin dönəminə hazırlıq başlayacaq, elitadan kimsə gizlicə Qərblə anlaşacaq, Putindən sonra gəlib münasibətləri düzəldəcək, amma işğal etdikləri torpaqları geri qaytarmayacaq, hər şey də Putinin üzərinə yüklənib tarixi barış elan ediləcək”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR